Kanada

Waving Flag of Canada (Animated Gif)

Kanada

Dövlət Başçısı (Kraliça): Ülyahəzrət II Elizabet

General-Qubernator: xanım Julie Payette

Baş Nazir: cənab Justin Trudeau

Xarici işlər naziri: xanım Chrystia Freeland

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili: cənab Fuad Əliyev

Səfirliyin rəsmi internet səhifəsi http://ottawa.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası və Kanada arasında diplomatik əlaqələr 10 avqust 1992-ci il tarixində qurulmuşdur. Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi 2004-cü ilin sentyabr ayında açılmışdır. Kanadanın Türkiyə Respublikasındakı səfirliyi həmçinin Azərbaycanda akkreditə olunmuşdur. 27 oktyabr 2016-cı ildən etibarən Kanadanın Türkiyə və eyni zamanda Azərbaycandakı səfiri Christopher John Cooter-dir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Kanada Parlamentində Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir.

25-26 may 2010-cu ildə Azərbaycan-Kanada Parlamentlərarası Dostluq Qrupunun sədri S.Rüstəmxanlı Kanadada səfərdə olmuşdur.

14-16 may 2012-ci ildə Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Kanadada səfərdə olmuşdur.

2-7 aprel 2013-cü ildə Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Barri Devolinin (Barry Devolin) başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

18-20 may 2015-ci ildə Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Barri Devolin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.

 

Humanitar sahədə əməkdaşlıq

2006-cı ildən etibarən hər il Niaqara Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Mədəniyyət və İncəsənət günləri keçirilir.

19 aprel 2013-cü il tarixində Kanada Milli Qalereyasında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert təşkil olunmuşdur.

12-14 sentyabr 2014-cü il tarixlərində Kanadanın Monreal şəhərində "Azərbaycan film festivalı" keçirilmişdir.

24-25 oktyabr 2015-ci il tarixlərində Kanadanın Toronto şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin "Oyan!" adlı konserti təşkil olunmuşdur.

13-16 mart 2019- cu il tarixlərində - Kanada baş nazirinin Avropa İttifaqı və Avropa məsələləri üzrə Xüsusi Elçisi, Kanadanın Almaniya Federativ Respublikasındakı səfiri Stefan Dionun VII Qlobal Bakı Forumunda iştirak etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Kanada arasında 5 sənəd imzalanmışdır.

Arxiv üzrə axtarış

xin diplomatic service