Danimarka

 

Waving Flag of Denmark (Animated Gif)

Danimarka Krallığı

Dövlət başçısı: Ülyahəzrət Kraliça II Marqret

Baş Nazir: xanım Mette Frederiksen       

Parlamentin Sədri: cənab Henrik Dam

Xarici İşlər naziri: cənab Jeppe Kopod            

Azərbaycanın Danimarka Krallığındakı Səfiri: cənab Tahir Tağızadə (iqamətgahı Londonda olmaqla)

Danimarka Krallığının Azərbaycandakı Səfiri: cənab Svend Ollinq

 

İkitərəfli münasibətlər

Danimarka Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabr ayının 31-də tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur.

Azərbaycan Respublikası Milli Məclisində 8 aprel 2011-ci il tarixində Azərbaycan-Danimarka  parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır.

 

Ali səfərlər

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən Danimarka Krallığına 1 rəsmi səfər (6-12 mart 1995) həyata keçirilmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan və Danimarka arasında 2 saziş imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Danimarka şirkətləri Azərbaycanda investisiya imkanlarına maraq göstərirlər. Ölkəmizdə fəaliyyət göstərən Danimarka şirkətləri Azərbaycanın neft sektoruna sərmayə qoymuşdur ki, bunlardan "Maersk Driling" şirkətini qeyd etmək olar.

Daha kiçik həcmli şirkətlər də öz növbəsində Azərbaycanın enerji sektorunda müxtəlif layihələr həyata keçirir.

Danimarkanın pivə istehsalçısı olan "Carlsberg" şirkəti 2008-ci ildən Azərbaycanda fəaliyyət göstərir.

 

Azərbaycan Respublikası ilə Danimarka arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

 

İl

 

İdxal

 

İxrac

 

Ticarət dövriyyəsi

 

Saldo

2014

19,13

0,76

19,89

18,37

2015

16,64

0,07

16,71

-16,57

2016

22,2

0,1

22,32

-22,1

2017

22.48

1.01

23.49

-21.47

2018

25.36

0.84

  26.20

-24.52

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Arxiv üzrə axtarış

xin diplomatic service