Estoniya

Waving Flag of Estonia (Animated Gif)

Estoniya Respublikası

Prezident: Zati - aliləri xanım  Kersti Kalyulayd   

Baş Nazir: cənab Yuri Ratas           

Parlamentin Sədri: cənab Henn Pılluaas       

Xarici İşlər naziri: cənab Urmas Reynsalu    

Azərbaycan Respublikasının Estoniya Respublikasındakı səfiri: cənab Murad Nəcəfbəyli

Səfirliyin rəsmi internet səhifəsi: http://www.tallin.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Estoniya 20 fevral 1992-ci il tarixdə Azərbaycanın dövlət müstəqilliyini tanımışdır. 1992-ci ilin aprel ayının 20-dən ölkələrimiz arasında diplomatik münasibətlər qurulmuşdur.

2010-cu ildə Azərbaycanın Estoniya Respublikasında səfirliyi açılmışdır.

Ölkələr arasında sıx əməkdaşlıq əlaqələri və səmərəli siyasi dialoq bərqərar olmuşdur. Həmin əlaqələrin daha da möhkəmləndirilməsi üçün müxtəlif səviyyə və istiqamətlər üzrə qarşılıqlı yüksək səviyyəli səfərlər həyata keçirilmişdir. 2010-cu ilin  6-8 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Estoniya Respublikasına dövlət səfəri  etmişdir. Səfər çərçivəsində dövlət başçıları siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə etmiş, Birgə Bəyannamə imzalamışlar. Bəyannamədə, həmçinin Estoniya tərəfinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsipləri və normaları, xüsusilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında tezliklə həll olunmasına dəstəyi öz əksini tapmışdır.

2009-cu ilin 12-15 yanvar tarixlərində Estoniya Respublikası Prezidenti cənab Tomas Hendrik İlves ölkəmizdə rəsmi səfərdə olmuşdur.

Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif tədbirlər çərçivəsində Estoniyanın sabiq Prezidenti cənab Arnold Rüüteli (2 oktyabr 2012, 31 oktyabr 2013, 2 oktyabr 2014, 27 aprel 2014), Estoniyanın sabiq Baş Naziri cənab Andrus Ansipi (29 noyabr 2013-cü il) və Estoniyanın xarici işlər naziri cənab Sven Mikseri (1 dekabr 2017-ci il) qəbul etmişdir.

İki ölkənin nazirliklər və qurumları arasında əməkdaşlıq və qarşılıqlı səfərlər davam etdirilməkdədir.

İkitərəfli parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinə xüsusi önəm verilir və bu məqsədlə 5 dekabr 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Estoniya Parlamentlərarası İşçi Qrupu yaradılmışdır. 4 mart 2007-ci ildə isə Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupu yaradılmışdır. Parlamentlərarası əlaqələr çərçivəsində qarşılıqlı səfərlər həyata keçirilir. Estoniya Parlamentinin Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupu Xocalı soyqırımının ildönümü münasibətilə 2017-ci ilin 3 mart, 2018-ci ilin 21 fevral və 2019-cu ilin 20 fevral tarixlərində xüsusi bəyanatlar qəbul etmişdir.

 

Ali və yüksək səviyyəli səfərlər

2010-cu ilin 6-8 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Estoniya Respublikasına dövlət səfəri olmuşdur.

2009-cu ilin 12-15 yanvar tarixlərində Estoniya Respublikasının Prezidenti cənab Tomas Hendrik  İlves Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Estoniyaya 1 rəsmi səfəri (24-25 aprel 2008-ci il), Estoniya xarici işlər nazirinin 5 səfəri olmuşdur (sonuncu səfər 12 iyun 2017-ci il tarixində baş tutmuşdur).

 

 

Humanitar sahədə əməkdaşlıq

humanitar sahədə əməkdaşlıq Azərbaycan ilə Estoniya arasında əlaqələrin daha da inkişaf etdirilməsində, iki ölkənin mədəniyyətinin və tarixinin təbliğ edilməsində əhəmiyyətli rol oynayır.

Son dövrdə, humanitar sahədə əlaqələrin möhkəmləndirilməsi məqsədilə Estoniyada Azərbaycanın dövlətçilik tarixinə, mədəniyyətinə, incəsənətinə, kinematoqrafına, teatrına, mətbəxinə və s. həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir.

Tallində ənənəvi olaraq keçirilən “Black Nights” Film Festivalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş faciəli hadisələrə həsr olunmuş,  Azərbaycan istehsalı olan “Nabat” filmi (2014), “Qanlı Yanvar” filmi (2015) və “İçəri Şəhər” filmi (2016) nümayiş etdirilmişdir. Həmçinin, həmin Festivalda, 2017-ci ildə Azərbaycan rejissoru İlqar Nəcəfin “Nar Bağı” filmi göstərilmişdir.  

2018-ci ilin 14 avqust tarixində Tallin şəhərində Azərbaycan rəssamı Rövşən Nurun Bakı şəhərinə həsr edilmiş “Mənim yolum” adlı sərgisi keçirilmişdir. Həmçinin, sərgidə Azərbaycanda xalçaçılığın tarixi barədə məlumat verilmiş, Azərbaycan milli motivləri əsasında hazırlanmış xalçalar təqdim olunmuşdur.

2018-ci ilin 01-02 dekabr tarixlərində Tallində “Atəşgah” İntellektual Oyunlar Klubu, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Respublikasının Bayraq gününə həsr edilmiş “Azərbaycan Bayrağı – 100 il” beynəlxalq intellektual festivalını təşkil etmişdir. Estoniyadan və digər ölkələrdən olan gəncləri Azərbaycanın tarixi və mədəni irsi ilə tanış etmək məqsədi ilə keçirilən festival çərçivəsində “Nə? Harada? Nə zaman?”“Breyn Rinq” oyunları, həmçinin “QuAZ” intellektual-əyləncə oyunu üzrə turnirlər keçirilmişdir.

2019-cu ilin 18 mart tarixində Tallin şəhərində Estoniyanın Milli Dram Teatrında Əbdül Qaninin “Köhnə telefon” adlı teatr tamaşası göstərilmişdir.

2019-cu ilin 16 may tarixində “Azərbaycan mədəniyyətinin Estoniyada təbliğ edilməsi” layihəsi çərçivəsində Tallin şəhərində Bakı Musiqi Akademiyasının və Estoniyanın Musiqi və Teatr Akademiyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq mədəni əlaqələrə dəstək: Azərbaycan-Estoniya” dostluq konserti keçirilmişdir. Azərbaycan və Estoniya musiqiçilərinin ifasında hər iki ölkənin və xarici klassik bəstəkarlarının musiqi əsərləri səsləndirilmişdir.  

2018-ci ilin 11 oktyabr tarixində Tallində Azərbaycan Respublikasının və Estoniya Respublikasının 100 illiyi münasibətilə park salınmış və onun təntənəli açılış mərasimi keçirilmişdir. Parkın girişində ümummilli lider Heydər Əliyevlə Estoniyanın sabiq Prezidenti Lennart Meri arasında 1995-ci ildə Nyu-York şəhərində keçirilmiş görüşün fotoşəkilini özündə əks etdirən xüsusi lövhə yerləşdirilmiş, həmin lövhədə həmçinin Azərbaycan, eston və ingilis dillərində Azərbaycan Respublikası, o cümlədən Bakı şəhəri haqqında məlumat əks olunmuşdur. Parkdakı fontanın ətrafında hər iki ölkənin dostluq münasibətlərini tərənnüm edən Azərbaycan milli ornamentlərinin əks olunduğu daş döşəmə salınmışdır.  Həmçinin parkda, “Azərbaycan Respublikası – 100 il” və “Estoniya Respublikası – 100 il” yazıları həkk olunmuş xatirə daşı quraşdırılmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Hazırda Azərbaycan və Estoniya arasında iqtisadi əməkdaşlıq davamlı şəkildə inkişaf etdirilir.

Ticarət-iqtisadi əlaqələrin inkişafına Azərbaycan – Estoniya Ticarət-iqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılması və bu müddət ərzində komissiya tərəfindən keçirilmiş iclasları töhfə vermişdir.

İki ölkə informasiya texnologiyaları sahəsində uzun müddətdir çox uğurlu əməkdaşlıq həyata keçirir. Estoniya Respublikasının 14 şirkəti Azərbaycanda fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləri kimi tikinti, ticarət və xidmətlər sahələrini göstərmək olar.

2007-ci ildən etibarən, Estoniya-Azərbaycan biznes forumları keçirilir. Sonuncu biznes forum 2 oktyabr 2018-ci il tarixində Bakıda təşkil edilmişdir.

 

Müqavilə hüquq baza

İki ölkə arasında 15 sənəd imzalanıb.

 

Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İllər

  Ticarət dövriyyəsi

İdxal

İxrac

Saldo

2014

4,6

4,4

0,2

-4.2

2015

5,9

5,7

0,2

-5,5

2016

 

3,1

2.4

0,7

-1,7

2017

3.2

2.5

0.7

 -1.8

2018

5,0

3, 7

 

1,3

-2,4

Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi

Estoniya Respublikasından Azərbaycan Respublikasına əsas idxal məhsulları:

  • gəmilər;
  • tabaşirlənməmiş kraft-layner;
  • yığma tikinti konstruksiyalar;
  • qara metaldan digər metal konstruksiyalar;
  • dondurulmuş balıqlar.

Azərbaycan Respublikasından Estoniya Respublikasına əsas ixrac məhsullar:

  • təkrar ərinti üçün külçələr;
  • meyvə və tərəvəz şirələri;
  • sous və sous məhsulları;
  • müxtəlif ərzaq məhsulları.

 

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər

  1. Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş. Bakı, 2 mart 2000;
  2. Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. Tallin, 7 aprel 2010.

 

Hökumətlərarası Birgə Komissiyalar: Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Hökuməti və Estoniya Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiq edilmişdir. Komissiyanın 3-cü iclası 2017-ci ilin 6-7 aprel tarixlərində Bakıda keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service