Malta

 

Waving Flag of Malta (Animated Gif)

Malta Respublikası

Prezident: Zati-aliləri Corc Vella

Baş nazir: cənab Cosef Muskat

Parlamentin Sədri: cənab Ancelo Farrucia

Xarici İşlər naziri: cənab Karmelo Abela  

Azərbaycan Respublikasının Malta Respublikasındakı səfiri (iqamətgah Roma olmaqla): cənab Məmməd Əhmədzadə

Malta Respublikasının Azərbaycan Respublikasındakı səfiri (iqamətgah Valletta olmaqla): cənab Con Debano

 

İkitərəfli münasibətlər

9 yanvar 1995-ci il tarixində Azərbaycan və Malta arasında diplomatik münasibətlər qurulmuşdur.

11 aprel 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidentinin  sərəncamı ilə Kris Balzan Azərbaycan Respublikasının Malta Respublikasında fəxri konsulu təyin edilmişdir. 

27 noyabr 2014-cü il tarixində Malta Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri Con Debono etimadnaməsini Prezident İlham Əliyevə təqdim etmişdir.

24 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Malta Respublikasında akkreditə olunmuş səfiri Məmməd Əhmədzadə etimadnaməsini malta Respublikasıın Prezidenti xanım Mari-Luiz Koleyro Prekaya təqdim etmişdir.

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Malta parlamentlərarası əlaqələr üzrə işçi qrupu 7 nəfərdən ibarətdir. Qrupun rəhbəri Qüdrət Həsənquliyevdir.

Malta Respublikasının Parlamentində Malta-Azərbaycan parlamentlərarası dostluq qrupu 5 nəfərdən ibarətdir. Qrupun rəhbəri Kris Firndır.

 

Ali səfərlər

Prezidentlər

26-27 aprel 2016-cı il tarixində Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Preka BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək məqsədilə Bakıya səfər etmişdir.

Baş nazirlər

15 dekabr 2014-cü il tarixində Malta Respublikasının Baş naziri Cosef Muskat Azərbaycana səfər etmişdir.

27 aprel 2015-ci il tarixində Malta Respublikasının Baş naziri Cosef Muskat Azərbaycana səfər etmişdir.

Parlament Sədrləri

1 noyabr 2015-ci il tarixində Malta Parlamentinin spikeri Ancelo Farrucianın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

26 sentyabr 2016-cı il tarixində Malta Parlamentinin spikeri Ancelo Farrucianın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

Xarici işlər nazirləri

28-30 aprel 2016-cı il tarixində Malta Respublikasının xarici işlər naziri Corc Vella Azərbaycana rəsmi səfər etmişdir.

17-19 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Malta Respublikasına rəsmi səfər etmişdir.

 

Müqavilə hüquq bazası

Azərbaycan Respublikası və Malta Respublikası arasında 5 sənəd imzalanmışdır.

 

Azərbaycan ilə Malta arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İllər

İdxal

İxrac

Dövriyyə

Saldo

2014

276.8

86,270.5

86,547.3

85,993.7

 

2015

99.0

141,929.3

142,028.3

140,999.3

 

2016

112.8

130,031.4

130,144.2

130,031.4

 

2017

108.9

36,886.6

36,995.5

36,777.7

 

2018

107.2

69,721.38

69,828.6

69,614.18

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service