İsveçrə

Waving Flag of Switzerland (Animated Gif)

İsveçrə Konfederasiyası

Prezident: Zati-aliləri cənab Ueli Maurer

Kantonlar Şurasının Sədri: cənab Jan-Rene Furniye

Milli Şuranın Sədri: xanım Marina Karobbio Quşetti

Xarici İşlər naziri: cənab İqnasio Kassis

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri: xanım Xanım İbrahimova

İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri: xanım Muriel Peneveyre 

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi http://www.bern.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

İsveçrə Azərbaycan Respublikasının müstəqilliyini 23 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 yanvar 1992-ci ildə qurulmuşdur.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi 6 oktyabr 2004-cü ildə təsis olunmuşdur. Səfirlik 2005-ci ilin sentyabrından etibarən Bern şəhərində fəaliyyətə başlamışdır.

İsveçrə 2001-ci ildə Bakıda Əməkdaşlıq Bürosu açmış, 2007-ci ildə isə səfirliyini təsis etmişdir. Səfirliyin rəsmi açılışı 2008-ci ilin mayında baş tutmuşdur.

Milli Məclisdə 2 oktyabr 2006-cı ildən Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır. İsveçrə Parlamentində də Azərbaycanla dostluq qrupu mövcuddur.

Azərbaycan, İsveçrə Konfederasiyası ilə ikitərəfli münasibətlərinə böyük əhəmiyyət verir və iki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahədə mövcud olan əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində maraqlıdır. İkitərəfli əlaqələrdə hazırda dinamik inkişaf müşahidə olunur. Azərbaycanla İsveçrə arasında mütəmadi xarakter almış yüksək səviyyəli siyasi dialoq mövcuddur. Bu dialoq dövlət başçılarının müntəzəm olaraq, Dünya İqtisadi Forumunun Davosda keçirilən illik toplantıları çərçivəsində görüşləri, habelə parlament ölçüsü, Xarici İşlər Nazirlikləri və ayrı-ayrı nazirliklər səviyyəsində ikitərəfli təmaslar vasitəsilə təmin edilir. Yüksək səviyyəli və qarşılıqlı etimada əsaslanan siyasi dialoqun yaratdığı imkanlar ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə də əməkdaşlıq üçün gözəl zəmin yaradır.

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsveçrəyə səfərləri: 10-12 dekabr 2003-cü il, 24-28 yanvar 2007-c il, 23-27 yanvar 2008-ci il, 27-30 yanvar 2009-cu il, 18-20 oktyabr 2009-cu il, 27-28 yanvar 2010-cu il, 26-28 yanvar 2011-ci il, 25-28 yanvar 2012-ci il, 22-24 yanvar 2013-cü il, 21-25 yanvar 2014-cü il, 21-23 yanvar 2015-ci il, 19 dekabr 2015-ci il, 20-23 yanvar 2016-cı il, 16-19 yanvar 2017-ci il, 16 oktyabr 2017-ci il, 23-26 yanvar 2018-ci il, 22-25 yanvar 2019-cu il.

İsveçrə Konfederasiyası Prezidentlərinin Azərbaycana səfərləri: cənab Paskal Kuşpen 10-13 may 2008-ci il, Mişelin Kalmi-Rey 13-15 mart 2011-ci il, Didye Burkhalter 1-2 iyun 2014-cü il və 28 iyun 2014-cü il(ATƏT-in fəaliyyətdə olan sədri qismində).

Xarici İşlər naziri Elmar Məmmədyarovun İsveçrəyə səfərləri: 19-20 noyabr 2008-ci il və 9-10 oktyabr 2016-cı il.

İsveçrə Konfederasiyası Xarici İşlər nazirlərinin Azərbaycana səfərləri:Flavio Kotti 29 fevral 1996-cı il (ATƏT-in fəaliyyətdə olan sədri qismində),Mişelin Kalmi-Rey 22-24 fevral 2006-cı il və Didye Burkhalter 12 iyun 2015-ci il.

İsveçrədə icra hakimiyyəti 7 nəfərdən ibarət Federal Şuranın səlahiyyətindədir. Federal Prezident funksiyasını rotasiya ilə Federal Şuranın üzvləri bir il müddətinə icra edirlər.

İsveçrə Federal Şurası üzvlərinin Azərbaycana səfərləri: İsveçrənin Federal Maliyyə Departamentinin rəhbəri K.Villiqer 29-30 oktyabr 2000-ci il, Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə üzrə Federal Departamentinin rəhbəri cənab Moritz Leuenberger 8-9 oktyabr 2007-ci il, Federal Maliyyə Departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpf 02-03 sentyabr 2011-ci il və 5 iyul 2014-cü il, İsveçrə Konfederasiyasının Ətraf Mühit, Nəqliyyat, Energetika və Rabitə Federal Departamentinin rəhbəri Doris Loythard 13-15  noyabr 2011-ci il, İsveçrə Federal Şurasının üzvü və Konfederasiyanın İqtisadiyyat, Təhsil və Tədqiqat Məsələləri üzrə Federal Departamentinin rəhbəri Yohan Şnayder Amman 12-13 aprel 2013-cü il, Federal Maliyyə Departamentinin rəhbəri Ueli Maurer 14-16 iyul 2016-cı il, İsveçrə Federal Şurasının üzvü və Konfederasiyanın İqtisadiyyat, Təhsil və Tədqiqat Məsələləri üzrə Federal Departamentinin rəhbəri Yohan Şnayder Amman 8-9 iyul 2018-ci il.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında 22 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Isveçrə arasında iqtisadi münasibətlər yüksək templə inkişaf etməkdə davam edir. Azərbaycan-İsveçrə iqtisadi münasibətlərində energetika sahəsində əməkdaşlıq xüsusi yerə və əhəmiyyətə malikdir. Bu xüsusda, Azərbaycan və İsveçrə arasında “Energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” müvafiq sahədə əlaqələrin genişləndirilməsinə xidmət edir.

Hazırda Azərbaycanda İsveçrəni təmsil edən 67 İsveçrə şirkəti fəaliyyət göstərir. Azərbaycan İsveçrənin "Stadler Rail Group", "ABB Global Marketing FZ-LLC" və "Trub Trading International AG" kimi şirkətləri ilə uğurlu əməkdaşlıq həyata keçirilir.

Eyni zamanda, Azərbaycanın getdikcə artan iqtisadi potensialı və əldə etdiyi tərəqqi Azərbaycan şirkətlərinin də İsveçrədə sərmayə yatırmasına geniş imkanlar açır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “SOCAR” brendi ilə İsveçrədə yanacaq doldurma stansiyalarına sahib olması, iqtisadi faydalılığı ilə yanaşı, ölkəmizin tanıdılması baxımından da mühüm rol oynayır.

 

Azərbaycan-İsveçrə arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2013

234

74,4

160

2014

249

155

94

2015

196

97

99

2016

165

102

63

2017

240

183

57

2018

648

135

513

İdxalda əsas məhsullar:qiymətli metallar və ondan məmulatlar (əsasən qızıl), mexanizmlər, elektrotexniki avadanlıqlar və onların hissələri, əczaçılıq vasitələri, dəmiryol nəqliyyat vasitələri, saatlar və hissələri, optik, tibbi, ölçü, nəzarət cihazları, kimya sənayesi məhsulları, digər

İxracda əsas məhsullar:qızıl, mis filizləri, fındıq, gümüş, digər

 

Hökumətlərarası Komissiya: 30 oktyabr 2000-ci ildə Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanmışdır.2003-cü ildə Azərbaycan Respublikası Hökuməti və İsveçrənin Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilik iclası keçirilmişdir. Komissiyanın indiyədək 8 iclası keçirilmişdir. Sonuncu iclas 28 iyun 2019--cu ildə Berndə keçirilmişdir.

 

Arxiv üzrə axtarış

xin diplomatic service