Polşa

Waving Flag of Poland (Animated Gif)

Polşa Respublikası

Prezident: Zati-aliləri cənab Andjey Duda

Baş Nazir: cənab Mateuş Moravetski

Senatın Sədri: cənab Stanislav Karçevski

Seymin Marşalı: cənab Marek Kuxçinski

Xarici İşlər naziri: cənab Yatsek Çaputoviç

Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri: cənab Həsən Həsənov

Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Rafal Poborski

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyin rəsmi internet səhifəsi: http://www.warsaw.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Polşa Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 27 dekabr 1991-ci  ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Polşa Respublikasında Səfirliyi 30 avqust 2004-ci ildə təsis olunmuşdur. Polşa Respublikasında Azərbaycan Respublikasındakı Səfirliyi 23 avqust 2001-ci ildə təsis olunmuşdur.

Azərbaycan–Polşa münasibətləri hər iki ölkənin rəhbərliyi tərəfindən strateji tərəfdaşlıq münasibətləri kimi qiymətləndirilir. Əlaqələrinin yüksək səviyyəsinin göstəriciləri kimi, Prezidentlər, Baş nazirlər, Parlamentlərin Sədrləri və Xarici İşlər nazirləri səviyyəsində çoxsaylı qarşılıqlı səfərləri qeyd etmək olar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Polşaya rəsmi səfəri çərçivəsində 27 iyun 2017-ci il tarixində Varşavada “Azərbaycan Respublikasi ilə Polşa Respublikasi arasinda strateji tərəfdaşliq və iqtisadi əməkdaşliğa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərdə mühüm hadisə olmuşdur.

Milli Məclisdə Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır.

 

Ali səfərlər

Prezidentlər

Z.A. cənab Heydər Əliyev 25-28, 1997-ci il,  Z.A. cənab İlham Əliyev 27-28 aprel 2004-cü il, 30-31 mart 2005-ci il, 15-17 may 2005-ci il, 11-12 may 2007-ci il, 26-27 fevral 2008-ci il, 30 sentyabr 2011-ci il, 8-9 iyul 2016-cı il, 26-28 iyun 2017-ci il.

Z.A. cənab Aleksandr Kvasnevski 27-29 oktyabr 1999-cu il, Z.A. cənab Lex Kaçinski 30-31 mart 2007-ci il, 18-19 iyun 2007-ci il, 12 avqust 2008-ci il, 14 noyabr 2008-ci il, 2-3 iyul 2009-cu il, Z.A. cənab Bronislav Komorovski 24-26 iyul 2011-ci il, Z.A. cənab Andjey Duda 31 may 2019-cu il.

Xarici İşlər nazirləri

Z.A. cənab Vilayət Quliyev 17-20 may, 2000-ci il, Z.A. cənab Elmar Məmmədyarov 12-13 iyun 2008-ci il, 16 may 2013-cü il, 27 yanvar 2015-ci il, 10-12 aprel 2017-ci il, 16-18 aprel 2019-cu il.

Z.A cənab Anna Fotiqa 1 mart 2007-ci il, Z.A. cənab Radoslav Sikorski 17-19 iyul 2012-ci il, Z.A. cənab Vitold Vaşçikovski 18-19 oktyabr 2017-ci il.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Polşa Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr:

Bakı, Azərbaycan Respublikası: 5 siyasi məsləhətləşmə

Varşava, Polşa Respublikası: 9 siyasi məsləhləşmə

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında 50 sənəd imzalanmışdır.

 

Humanitar sahədə əməkdaşlıq

Polşanın 16 Voyevodluq (vilayət) mərkəzi və əsas universitetlərinin kitabxanasında Səfirliyimizin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatı fondu yaradılmışdır.

Azərbaycan-Polşa münasibətləri, Azərbaycan tarixi və mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi , mövzularında polyak dilində 60-dan çox kitab və müxtəlif çap materialları nəşr olunmuşdur. Həmin kitablar Polşadakı bütün kitabxanalara, o cümlədən ali təhsil ocaqlarındakı kitabxanalara təqdim edilmişdir.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə Polşanın müxtəlif yerlərində, parklarında, təhsil müəssisələrində, ictimai binalarının üzərində və daxilində Azərbaycanın ictimai siyasi həyatında rolu olmuş polyakların və Polşanın ictimai siyasi həyatında rolu olmuş azərbaycanlıların şərəfinə 25 adda abidə və xatirə lövhəsi quraşdırılmışdır.

2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə, Qnejno şəhərində iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 540, bərpasının 20 illiyinə həsr olunmuş Azərbaycan-Polşa “Dostluq” abidəsinin açılışı olmuşdur.

2017-ci ildə Varşavada yerləşən Yuzef Polinski adına parkda “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” abidəsi quraşdırılmışdır.. Abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər) polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılmışdır.

Azərbaycan və Polşa regionları arasında mütəmadi əməkdaşlıq əlaqələri həyata keçirilir. Bakının Xəzər rayonu və Mərdəkan qəsəbəsi ilə Pruşkov rayonu və Qnejno qəsəbəsi, Naftalan və Uneyuv şəhərləri, Qəbələ ilə Qnejno şəhərləri, Quba rayonu ilə Lubelski qəsəbəsi, Bakı şəhərinin Səbail rayonu ilə Varşava şəhərinin Cənubi Praqa rayonu, Sumqayıt və Belastok şəhərləri arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında 50 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İllər

İxrac

İdxal

Ticarət dövriyyəsi

2014

16,3

62,3

78,6

2015

6,5

90,7

97,2

2016

4,8

70,1

74,9

2017

8,7

69,1

77,8

2018

7,9

96,1

104

Mənbə: AR Statistika Komitəsi

İxracda əsas məhsullar: propilen, meyvə şirələri və tərəvəz, fındıq, kerosin, tikinti materialları.

İdxalda əsas məhsullar: dizel mühərrikləri, dərman, qənnadı məhsullar, gigiyenik məhsullar, sənaye və tikinti avadanlıqları.

“Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya” 2006-cı ildə yaradılmışdır. Sonuncu iclas 20 dekabr 2016-cı il tarixində Varşavada keçirilmişdir.                              

Arxiv üzrə axtarış

xin diplomatic service