Gürcüstan

Waving Flag of Georgia Country (Animated Gif)

Gürcüstan

Prezident: Zati-aliləri xanım Salome Zurabişvili

Baş Nazir: cənab Giorgi Qaxariya

Parlament Sədri: cənab Arçil Talakvadze

Xarici İşlər naziri: cənab David Zalkaliani

Gürcüstanın Azərbaycan Respublikasındakı səfiri: cənab Zurab Pataradze

Azərbaycanın Gürcüstandakı səfir: cənab Dursun Həsənov

Səfirliyin rəsmi internet səhifəsi: http://tbilisi.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 18 noyabr 1992-ci il tarixində qurulmuşdur.

Azərbaycanın  Gürcüstandakı səfirliyi 1996-cı ilin mart ayından etibarən fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu təsis edilmiş və 03 dekabr 2010-cu il tarixdən Baş Konsulluq rəsmi fəaliyyətə başlamışdır.

19 fevral 2018-ci il tarixində Pərviz İsmayılzadə Baş konsul vəzifəsinə təyin edilmişdir.

Gürcüstanın  Azərbaycandakı səfirliyi 1995-ci ilin fevral ayından etibarən fəaliyyət göstərir.

Gəncə şəhərində Gürcüstanın Baş konsulluğu 12 dekabr 2013-cü il tarixində rəsmi fəaliyyətə başlamışdır.

 

Ali və yüksək səviyyəli səfərlər

4-5 mart 2004-cü ildə Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

14-15 iyun 2004-cü ildə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Respublikasına ilk rəsmi səfər etmişdir.

24-25 may 2005-ci ildə Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi mərasimində iştirak etmək məqəsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

12 oktyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Gürcüstan hissəsinin Qardabanidə keçirilən təntənəli açılış mərasimində iştirak etmək məqəsədilə Gürcüstan Respublikasına işgüzar səfər etmişdir.

7 fevral 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Respublikasına işgüzar səfər etmişdir.

12 may 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tbilisinin tarixi Abanotubani-Meydan məhəlləsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev adına parkda ulu öndərin büstünün təntənəli açılış mərasimində iştirak etmək məqəsədilə Gürcüstan Respublikasına işgüzar səfər etmişdir.

18-19 iyun 2007-ci ildə Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili GUAM dövlət başçılarının zirvə toplantısında iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

21 noyabr 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tetri-Skaro rayonunda - Marabda stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməl qoyma mərasimində iştirak etmək məqsədi ilə Gürcüstan Respublikasına işgüzar səfər etmişdir.

13-14 noyabr 2008-ci ildə  Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili Bakıda keçirilən Enerji Sammitində iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

1 iyul 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Demokratiya və İqtisadi İnkişaf Uğrunda Beynəlxalq təşkilatın GUAM dövlət başçılarının zirvə görüşündə iştirak etmək məqsədi ilə Gürcüstanın  Batumi şəhərinə işgüzar səfər etmişdir.

20-22  may 2009-cu ildə Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

18 iyul 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Respublikasına  rəsmi səfər etmişdir.

14 sentyabr 2010-cu ildə Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili AGRİ layihəsinə dair Bəyannamənin imzalanması mərasimində iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

6-7 mart 2012-ci ildə Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

29 iyun 2012-ci ildə Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili Crans Montana Forumunda iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

27-28 fevral 2013-cü ildə Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

7-8 may 2013-ci ildə Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvili Cənubi Qafqaz Forumunda iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

12-13 fevral 2014-cü ildə Gürcüstan Respublikasının Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

06 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan, Gürcüstan Türkiyə Respublikası Prezidentlərinin Üçtərəfli Sammitində iştirak etmək  məqsədi ilə Gürcüstana işgüzar səfər etmişdir.

05-06 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Respublikasına rəsmi səfər etmişdir

10-11 mart 2016-cı ildə Gürcüstan Respublikasının Prezidenti Giorgi Marqvelaşvili

IV Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına ilk  işgüzar səfər etmişdir.

16-17 fevral 2019-cu ildə Gürcüstan Respublikasının Prezidenti Salome Zurabişvili V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına ilk  işgüzar səfər etmişdir.

Baş Nazirlər

03 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Baş Naziri Artur Rasi-zadə Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

05 iyul 2006-cı ildə Gürcüstan Respublikasının Baş Naziri Zurab Noqaideli Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

16 avqust 2006-cı ildə Azərbaycan Respublikasının Baş Naziri Artur Rasi-zadə Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

30 noyabr 2006-cı ildə Gürcüstan Respublikasının Baş Naziri Zurab Noqaideli Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

4 aprel 2007-ci ildə Gürcüstan Respublikasının Baş Naziri Zurab Noqaideli Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

27 sentyabr 2007-ci ildə Gürcüstan Respublikasının Baş Naziri Zurab Noqaideli Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

4 dekabr 2008-ci ildə Azərbaycan Respublikasının Baş Naziri Artur Rasi-zadə Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

13 mart 2008-ci ildə Gürcüstan Respublikasının Baş Naziri Lado Qurqenidze Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

20 dekabr 2008-ci ildə Azərbaycan Respublikasının Baş Naziri Artur Rasi-zadə Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

1-2 iyun 2009-cu ildə Gürcüstan Respublikasının Baş Naziri Nikoloz Qilauri Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

23 iyul 2010-cu ildə Gürcüstan Respublikasının Baş Naziri Nikoloz Qilauri Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

16 iyul 2012-ci ildə Gürcüstan Respublikasının Baş Naziri Vano Meranişvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

26-27 dekabr 2012-ci ildə Gürcüstan Respublikasının Baş Naziri Bidzina İvanişvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

17 noyabr 2013-cü ildə Azərbaycan Respublikasının Baş Naziri Artur Rasi-zadə Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

16-17 dekabr 2013-cü ildə Gürcüstan Respublikasının Baş Naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

11-12 sentyabr 2014-cü ildə Gürcüstan Respublikasının Baş Naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

20 sentyabr 2014-cü ildə Gürcüstan Respublikasının Baş Naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

12 iyun 2015-ci ildə Gürcüstan Respublikasının Baş Naziri İrakli Qaribaşvili I Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək məqsədi ilə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

10 oktyabr 2015-ci ildə Gürcüstan Respublikasının Baş Naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

16 may  2016-cı ildə Azərbaycan Respublikasının Baş Naziri Artur Rasi-zadə Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

31 avqust 2016-cı ildə Gürcüstan Respublikasının Baş Naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

30 oktyabr 2017-ci ildə Gürcüstan Respublikasının Baş Naziri Giorgi Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı məqsədi ilə Azərbaycan Respublikasına  səfər etmişdir.

12 mart 2018-ci ildə Gürcüstan Respublikasının Baş Naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

30 avqust 2018-ci ildə Gürcüstan Respublikasının Baş Naziri Mamuka Baxtadze Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

Parlament sədrləri

19 iyun 2008-ci ildə Gürcüstan Respublikasının Parlament Sədri David Bakradze Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

6-8 iyul 2014-cü ildə Gürcüstan Respublikasının Parlament Sədri David Usupaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

13 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Milli Məclisini sədri Oqtay Əsədov Gürcüstanın sabiq prezidenti E.Şevardnadzenin dəfn mərasimində iştirak etmək məqəsədilə Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

26-27 iyul 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisini sədri Oqtay Əsədov Avropa Gənclərinin Olimpiya Festivalında iştirak etmək məqəsədilə Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

26-27 may 2018-ci ildə Azərbaycan Respublikasının Milli Məclisini sədri Oqtay Əsədov  Gürcüstan Demokratik Respublikasının 100 illik yubileyində iştirak etmək məqəsədilə Gürcüstan Respublikasına rəsmi  səfər etmişdir.

16 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Milli Məclisini sədri Oqtay Əsədov  Gürcüstan prezidenti S.Zurabişvilinin inauqurasiyasında iştirak etmək məqsədi ilə Gürcüstan Respublikasına rəsmi  səfər etmişdir.

20-21 iyun 2019-cu ildə Gürcüstan Respublikasının Parlament Sədri İrakli Kobaxidze

Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

Xarici İşlər Nazirləri

23 noyabr 2005-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Gürcüstan Respublikasına  ilk rəsmi səfər etmişdir.

31 oktyabr 2006-cı ildə Gürcüstan Respublikasının Xarici İşlər naziri Gela Bejuaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

31 oktyabr 2007-ci ildə Gürcüstan Respublikasının Xarici İşlər naziri Gela Bejuaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

26-28 avqust 2007-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

22-23 dekabr 2008-ci ildə Gürcüstan Respublikasının Xarici İşlər naziri Qriqol Vaşadze Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

1-3 aprel 2009-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

14-15 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

14-15 oktyabr 2010-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

07-iyul 2010-cu ildə Gürcüstan Respublikasının Xarici İşlər naziri Qriqol Vaşadze Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

18-19 yanvar 2010-cu ildə Gürcüstan Respublikasının Xarici İşlər naziri Qriqol Vaşadze Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

13-14 iyun 2011-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

26-27 oktyabr 2011-ci ildə Gürcüstan Respublikasının Xarici İşlər naziri Qriqol Vaşadze Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

18-19 mart 2013-cü ildə Gürcüstan Respublikasının Xarici İşlər naziri xanım Maya  Pançikidze Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

28 mart 2013-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

18-19 fevral 2014-cü ildə Gürcüstan Respublikasının Xarici İşlər naziri xanım Maya  Pançikidze Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

08-09 sentyabr 2014-cü ildə Gürcüstan Respublikasının Xarici İşlər naziri xanım Maya  Pançikidze Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

19-20 fevral 2015-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

18-19 oktyabr 2015-ci ildə Gürcüstan Respublikasının Xarici İşlər naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

26 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

18-19 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

06-07 mart 2016-cı ildə Gürcüstan Respublikasının Xarici İşlər naziri Mixeil Canelidze Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

29 avqust 2016-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Gürcüstan Respublikasına rəsmi səfər etmişdir.

05-06 sentyabr 2017-ci ildə Gürcüstan Respublikasının Xarici İşlər naziri Mixeil Canelidze üç tərəfli görüş məqsədi ilə  Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

08 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov GUAM  tədbirində iştirak etmək məqsədi ilə Gürcüstan Respublikasına  işgüzar səfər etmişdir.

12-13 fevral 2017-ci ildə Gürcüstan Respublikasının Xarici İşlər naziri Mixeil Canelidze Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

15 mart 2018-ci ildə Gürcüstan Respublikasının Xarici İşlər naziri Mixeil Canelidze dörd tərəfli görüş məqsədi ilə  Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

8 mart 1996-cı ildə Tbilisidə imzalanmış Azərbaycan Respublikası ilə Gürcüstan arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə, eləcə də 4 mart 2004-cü il tarixli Azərbaycan Respublikası və Gürcüstanın Birgə Bəyannaməsi, 14 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin və Gürcüstan Prezidenti M.Saakaşvilinin Birgə Kommünikesi və Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin və Gürcüstan Prezidenti cənab G.Marqvelaşvilinin Birgə Bəyannaməsi (5 noyabr 2015) ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının əsasını və Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığını təmin edən mühüm sənədlərdir.

İndiyədək iki ölkə arasında 109 sənəd imzalanmışdır.

 

 İqtisadi münasibətlər

Azərbaycan Gürcüstanın ən böyük investoru və əsas ticarət tərəfdaşlarından biridir. Təkcə Gürcüstanın ən böyük vergi ödəyicilərindən olan SOCAR indiyədək Gürcüstan iqtisadiyyatına 1,5 milyard dollardan artıq sərmayə yatırmışdır. İki ölkə arasında  ticarət dövriyyəsinin artırılması və qarşılıqlı sərmayə hesabına müxtəlif layihələrin həyata keçirilməsinin təşviqi məqsədilə birgə səylərin davam etdirilir.

2018-cı ildə ikitərəfli ticarət təqribən 580 milyon ABŞ dolları, o cümlədən Gürcüstana 485 milyon ABŞ dolları, Gürcüstandan idxalımız 95 milyon ABŞ dolları təşkil etmişdir.

 

Azərbaycan Respublikası və Gürcüstan arasında ticarət əlaqələri (min ABŞ dolları)

İl

İdxal

İxrac

Dövriyyə

2012

129,934.6

570,725.6

700,660.2

2013

131,290.4

519,175.9

650,466.3

2014

93,888.8

529,549.1

623,437.9

2015

67,992.6

496,196.8

564,189.4

2016

51,469,2

343,419.4

394,888.6

2017

74,148.3

 

471,349.2

545,497.5

2018

94,094.7

485,346.7

579,441.4

 Mənbə: AR Dövlət Gömrük Komitəsi.

 

Azərbaycandan Gürcüstana ixrac: benzin, dizel yanacağı, təbii qaz, ağ neft, bitum, mazut,un və un məmulatları, bitki yağı  və s. məhsullar ixrac olunmuşdur.

Gürcüstandan Azərbaycana idxal: sement, şlak, dross, yanıq dəmir və qara metal emalının digər tullantıları; mineral və qazlı sular; alkoqolsuz içkilər; iribuynuzlu mal-qara;  pərakəndə satış üçün qablaşdırılmış halda dərman vasitələri və s. məhsullar idxal olunmuşdur.

Arxiv üzrə axtarış

xin diplomatic service