Koreya

Waving Flag of South Korea (Animated Gif)

Koreya Respublikası

Prezident: Zati aliləri cənab Moon Jae-in        

Baş Nazir: cənab Lee Nak-yeon 

Parlamentin Sədri: cənab Moon Hee-sang 

Xarici İşlər naziri: cənab Kang Kyung-wha 

Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri: cənab Rəmzi Teymurov

Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Tong Op Kim

Azərbaycan Respublikasının Səfirliyin rəsmi internet səhifəsi : http://seoul.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası və Koreya Respublikası arasında diplomatik münasibətlər 1992-ci ilin 23 mart tarixində qurulmuşdur.

İki ölkə arasındakı münasibətlər 2006-cı ildə Koreya Respublikasının Azərbaycan Respublikasında və 14 mart 2007-ci il tarixində Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliklərinin təsis olunması ilə daha da intensivləşmişdir. 2006 və 2007-ci illərdə hər iki ölkə başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığın əsasları üçün yeni imkanlar açmış, iqtisadi və ticarət əlaqələrinin genişlənməsi və sərmayələrin cəlb olunmasını təşviq etmişdir. Sözügedən səfərlər zamanı siyasi, iqtisadi, sərmayələrin qorunması, e-hökumət, nəqliyyatı idarəetmə sistemi, fövqəladə hallar və s. sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır.

 

Yüksək səviyyəli səfərlər

Dövlət başçıları

  • 10-12 may 2006-cı il – Koreya Respublikasının Prezidenti, Zati-Aliləri cənab Roh Mu-hyun Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
  • 23-25 aprel 2007-ci il – Azərbaycan Respublikasının prezidenti, Zati-Aliləri cənab İlham Əliyev Koreya Respublikasına rəsmi səfər etmişdir.
  • 25-27 mart 2012-ci il – Azərbaycan Respublikasının prezidenti, Zati-Aliləri cənab İlham Əliyev Seul Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək məqsədilə Koreya Respublikasına işgüzar səfər etmişdir.

Parlament Sədrləri

  • 12 yanvar 2012-ci il - Koreya Respublikası Milli Assambleyasının sədri, cənab Park Hi-tae Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
  • 24-28 iyun 2017-ci il - AR Milli Məclisinin sədri cənab Oqtay Əsədov Koreya Respublikasına rəsmi səfər etmişdir.
  • 15-17 oktyabr 2019-cu il - tarixlərində Koreya Parlamentinin sədri Mun Hi San Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

Xarici İşlər nazirləri

  • 29-30 noyabr 2005-ci il – Azərbaycan Respublikasının Xarici İşlər Naziri, cənab Elmar Məmmədyarov Koreya Respublikasına rəsmi səfər etmişdir.
  • 14-15 dekabr 2010-cu il – Azərbaycan Respublikasının Xarici İşlər Naziri, cənab Elmar Məmmədyarov Koreya Respublikasına rəsmi səfər etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

  • 17 aprel 2015-ci il tarixində Səfirlik və Koreya Fondunun təşkil etdiyi “Bahar konserti” adlı klassik musiqi konserti Azərbaycan Dövlət Flarmoniyasının solistləri, pianoçu xanım Səidə Tağızadə və voilonçel cənab Aleksey Milski  ilə birlikdə məşhur Koreya skripkaçısı Kim Bomsorinin də iştirakı ilə həyata keçirilmişdir. Dünya və Azərbaycan klassik kompozisiyaları konsert iştirakçılarına təqdim edilmişdir.
  • 12 may 2015-ci il tarixində Səfirlik Xarici İşlər Nazirliyi Xanımları Assosiasiyası tərəfindən təşkil edilən 27-ci xeyriyyə bazarında iştirak etmişdir. Xeyriyyə bazarı zamanı milli geyimlər, mətbəx nümunələri və suvenirləri təqdim olunmuşdur.
  • 22 avqust 2015-ci il tarixində “Qyonqcu İpək Yolu Festivalı-2015” çərçivəsində “Azərbyacan Günü”  keçirilmişdir. Hər iki ölkənin milli himnlərinin səsləndirilməsi və fəxri qonaqların çıxışlarının ardınca Azərbaycanın Dövlət Musiqi və Rəqs Ansamblı və Qədim Musiqi Alətləri Ansamblı tərəfindən ölkəmizin milli musiqi nümunələri və rəqsləri festival iştirakçılarının diqqətinə təqdim olunmuşdur.
  • 9-11 oktyabr 2015-ci il tarixində. Azərbaycan-Koreya Mədəni Mübadilə Assosiasiyası –SEBA, Koreyadakı  Azərbaycan Səfirliyi və Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Seulda keçirilmiş “Seul Kitab Sərgisi”ndə təmsil edilmişdir.
  • 15-18 oktyabr 2015-ci il tarixində Azərbaycan Mədəniyyət Fondu, Azərbaycan-Koreya Mədəni Mübadilə Assosiasiyası – SEBA, Koreya Fondu, Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Koreyadakı Səfirliyinin dəstəyi ilə “ Azərbaycan Film festivalı” Seulda keçirilmişdir. 
  • 2016-cı il noyabrın 8-13-də Seulda “Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı” keçirilmişdir. Festival çərçivəsində 9 noyabrda “Azərbaycan Günü” təşkil olunmuşdur.
  • 2017-ci il 14-16 mart tarixlərində Koreya Respublikasının Qyonqcu şəhərinin meri Çoi Yanqsinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Qəbələ rayonuna səfər etmiş, Qəbələ Mədəniyyət Mərkəzində Qyonqcu şəhəri və Qəbələ rayonu arasında “Dostluq münasibətləri üzrə saziş”in imzalanma mərasimi keçirilmişdir.
  • Koreya Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Seul Tarix Muzeyində 25 iyul – 31 avqust 2017-ci il tarixləri arasında keçirilmiş 2017-ci il Beynəlxalq Film Festivalında İlqar Nəcəfin “Buta” və Eldar Quliyevin “Girov” filmlərinin nümayişi təşkil olunmuşdur.
  • Koreya Respublikasının Jstar Management Solution Co. Ltd şirkəti ilə aparılmış iş nəticəsində və Koreyada fəaliyyət göstərən “Buta International” şirkətinin maliyyə dəstəyi ilə 15-20 may 2017-ci il tarixlərində Azərbaycan haqqında 1 saatlıq UHD formatda Televiziya proqramı üçün sənədli filmin çəkilməsi məqsədilə çəkiliş qrupu Azərbaycana səfər etmişdir. Koreya dilində 3 hissədən ibarət hazırlanmış təbliğat filmi bir sıra məşhur UHD kanallar vasitəsilə yayınlanmışdır.
  • 1-8 noyabr 2017-ci il tarixlərində Seulda Koreya Film Arxivinin təşkilatçılığı və Koreya Mədəniyyət, İdman və Turizm Nazirliyinin dəstəyi ilə “Dünya Kino Həftəsi” keçirilmiş və Azərbaycan sözügedən Festivalda Asif Rüstəmovun “Axınla aşağı” filmi ilə təmsil olunmuşdur. 
  • “6 may 2018-ci il tarixində Seulda Azərbaycanın Koreyadakı Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Koreya Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə ADR-in 100 illiyinə həsr olunmuş Azərbaycan-Koreya milli geyimlərinin dəfiləsi keçirilmişdir. Tədbirdə Bakı Milli Geyim Evinin modelyeri Könül Vəlibəyli tərəfindən hazırlanmış milli geyimlərimiz, eləcə də Koreya milli geyimlərinin modelyeri Ham Yun-conq (Ham Eun-jeong) tərəfindən hazırlanmış Koreya milli geyimləri nümayiş etdirilmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında 63 sənəd imzalanmışdır. 

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan dövləti Koreya Respublikasını iqtisadi əməkdaşlıq baxımından prioritet ölkə kimi qiymətləndirir. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq, xüsusilə  infrastruktur, energetika, inşaat, nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit, alternativ enerji kimi sahələrdə aktivdir.

İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya 2006-cı ildən etibarən fəaliyyət göstərir. 2012-ci ilin 28 avqust tarixində Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2012-ci il 21 dekabr tarixli 513-IVQ nömrəli Qanunla təsdiq edilmiş, eləcə də Koreya Respublikası tərəfindən zəruri olan bütün ölkədaxili hüquqi prosedurlar yerinə yetirilmişdir.

14 iyun 2016-cı il tarixində Koreyanın Seul şəhərində Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclası keçirilmiş və İclasın yekununda Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının Protokolu imzalanmışdır.

 

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları) 

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

186,296.4

13.8

186,310.2

2015

133,946.4

38.8

133,985.2

2016

72,046.1

122.2

72,168.3

2017

85,332.9

208.1

85,541

2018

226,639.5

124.3

226,763.8

2019

(Yanvar-Oktyabr)

132,537.0

137.0

132.674.0

Mənbə : Azərbaycan Respublikası Dövlət Statistik Komitəsi

 

İxrac olunan əsas əmtəə və məhsullar: reaktiv mühərriklər üçün kerosin, üzüm suslosu, kitab, geyim məmulatlar, tropik və digər meyvələrin şirələri, sous məhsulları, köpüklənən təbii üzüm şərabları, əllə çəkilmiş şəkillər, rəsmlər və pastellər, ağacdan mebellər, qara metallardan mətbəx və yeməkxana əşyaları.

İdxal olunan əsas əmtəə və məhsullar:  avtomobillər, polietilen, minik və yük avtomobilləri üçün pnevmatik rezin şinlər; boyanmış polad prokatı; elektrik avadanlıqlar və aparatlar, sürtkü yağları, natrium sianidlər, dərman vasitələri, polipropilen, plastik kütlədən hazırlanmış məhsullar, qara metallardan hazırlanan məmulatlar, qeyri-elektrik peç və kürələrin hissələri, temperatur dəyişməsi prosesində materialların emalı üçün digər qızdırıcı maşın və avadanlıqlar, lift və skipli qaldırıcılar, yığma tikinti konstruksiyaları.

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər: “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”

 

Hökumətlərarası Birgə Komissiyalar

Adı: "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya”

Sədrlər: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Koreya Respublikasının Ticarət, Sənaye və Energetika nazirinin müavini (konkret təyin olunmayıb).

Yaranma tarixi: 2012-ci il 21 dekabr

Sonuncu iclasın tarixi: 2016-cı ilin 14 iyun

Arxiv üzrə axtarış

xin diplomatic service