Qırğızıstan

 

Waving Flag of Kyrgyzstan (Animated Gif)

Qırğız Respublikası

 

Prezident: Zati-aliləri cənab Jeenbekov Sooronbay

Baş Nazir: cənab Muxammedkalıy Abılqazıyev

Qırğız Respublikası Parlamentinin Sədri (Joqorku KeneşinToraqası): cənab Dastanbek Cumabekov

Qırğız Respublikasının Xarici İşlər naziri: cənab Çingiz Aydarbekov

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfiri: cənab  Hidayət Orucov 

Qırğız Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili: cənab Bakıt Yusupov

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: http://bishkek.mfa.gov.az/

 

ikitərəfli münasibətlər

Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələr 19 yanvar 1993-cü ildə qurulmuşdur.

1 aprel 2002-ci ildə Z.Hüseynov Qırğız Respublikasının Azərbaycandakı fəxri konsulu təyin edilmişdir.

Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlamışdır.

2012-ci ilin avqust ayında Qırğız Respublikasının Rusiya Federasiyasında Səfirliyinin müşaviri Ayciqit Buranov Qırğız Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin müvəqqəti işlər vəkili təyin edilmişdir.

Qırğız Respublikası Prezidentinin 24 oktyabr 2014-cü il tarixli Sərəncamına əsasən Qırğız Respublikasının Azərbaycan Respublikasında Səfirliyi təsis edilmişdir.

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qırğız Respublikasına səfəri: 22-24 avqust 1995-ci il.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğız Respublikasına səfərləri: 16 sentyabr 2016-cı il, 03 sentyabr 2018-ci il.

Azərbaycan Respublikasının keçmiş Baş naziri Artur Rasi-zadənin Qırğız Respublikasına səfərləri: 10 oktyabr 2008-ci il, 01 dekabr 2011-ci il, 23 avqust 2012-ci il.

Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Oqtay Əsədovun Qırğız Respublikasına səfərləri: 11-17 iyun 2012-ci il, dekabr 2017-ci il.

Qırğız Respublikasının keçmiş Prezidenti Əsgər Akayevin Azərbaycan Respublikasına səfərləri: 23 aprel1997-ci il, 07-08 sentyabr 1998-ci il, 08-09 aprel 2000-ci il.

Qırğız Respublikasının keçmiş Prezidenti Kurmanbek Bakiyevin Azərbaycan Respublikasına səfəri: 02 oktyabr 2009-cu il

Qırğız Respublikasının keçmiş Prezidenti Almazbek Atambayevin Azərbaycan Respublikasına səfərləri: 30-31 mart 2012-ci il, 15-16 avqust 2013-cü il.

Qırğız Parlamentinin (Joqorku Keneşin Toraqası) keçmiş sədri Axmatbek Keldibekovun Azərbaycan Respublikasına səfəri: 03-05 iyul 2011-ci il.

Qırğız Parlamentinin (Joqorku Keneşin Toraqası) keçmiş sədri Asılbek Jeenbekov Azərbaycan Respublikasına səfərləri: 11-14 iyun 2014-cü il, 21 dekabr 2016-cı il.

Qırğız Parlamentinin (Joqorku Keneşin Toraqası) sədri Dastanbek Cumabekovun Azərbaycan Respublikasına səfəri: 21 sentyabr 2018-ci il

Qırğız Xarici İşlər naziri Erlan Abdıldayevin Azərbaycan Respublikasına səfərləri; 15-16 oktyabr 2012-ci il, 14-16 avqust 2013-cü il.

Azərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarovun Qırğız Respublikasına səfəri: 03 sentyabr 2018-ci il

 

Humanitar sahədə əməkdaşlıq

Ali səviyyəli təltif olunmalar

Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin 2688 nömrəli Sərəncamı ilə 2008-ci ilin fevral ayında Azərbaycan və Qırğız respublikaları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Çingiz Aytmatov “Dostluq” ordeni ilə təltif olunmuşdur.

2014-cü ildə fövqəladə və səlahiyyətli səfir Hidayət Orucova Qırğız Respublikası Prezidentinin "İpək Yolu" hədiyyəsi təqdim olunmuşdur.

Azərbaycan tərəfindən Qırğızstana ayrılan humanitar yardımlar

2015-ci ilin  noyabr ayının 17-də Qırğızstanın Oş vilayətində 7 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələnin nəticəsində külli miqdarda yaşayış ev, məktəb, xəstəxana və digər sosial obyektlər zədələnərək yararsız hala düşmüşdür. Azərbaycan zəlzələdən zərər çəkmiş əhaliyə 1 milyon manat dəyərində humanitar yardım göstərmişdir.

Azərbaycan tərəfindən Qırğızstanda həyata keçirilən humanitar layihələr

2019-cu ilin mart ayının 7-də Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi və Bişkek şəhər Meriyası arasında Bişkek şəhərində Heydər Əliyev Parkının və orta təhsil məktəb binasının tikilməsi ilə bağlı memorandum imzalanmışdır.

Memoranduma əsasən, Meriya səfirliyə Tokombayev küçəsində 5,5 hektar ərazidə Heydər Əliyev adına park salınması, “Kok Jar” yaşayış sahəsində isə 550 şagird yeri olan orta məktəbin tikintisi üçün 2,24 hektar torpaq sahəsi ayırmışdır.

Azərbaycanda və Qırğızstanda qarşılıqlı və birtərəfli əsasda yaradılmış və bərpa edilmiş abidələr (küçə, park və s)

2015-ci ildə Qırğızstanın paytaxtı Bişkek şəhərinin yaxınlığında yerləşən, azərbaycanlıların kompakt məskunlaşdıqları Kant şəhərinin küçələrinin birinə Ulu Öndər Heydər Əliyev adı verilmişdir.

Qardaşlaşmış şəhərlərə dair məlumat

Səfirliyin təşəbbüsü ilə 2016-ci ildə Azərbaycanın Quba şəhəri ilə Qırğızstanın paytaxtı Bişkek şəhərinin yaxınlığında yerləşən, azərbaycanlıların kompakt məskunlaşdıqları Kant şəhəri arasında qardaşlaşma haqqında saziş imzalanmışdır, şəhərlərarası əlaqələrin qurulması məqsədilə müvafiq tədbirlər keçirilmişdir. 2016-cı ilin oktyabr ayında Kant şəhərinin merin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana, həmin ilin dekabr ayında Quba Rayon İcra Hakimiyyətinin o vaxtki başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstana səfər etmişdir. Həmçinin, hələ 2015-ci ildə Kant şəhərinin küçələrinin birinə Ulu Öndər Heydər Əliyev adı verilmişdir.

Son illərdə Azərbaycan ilə Qırğızstan arasında humanitar sahədə əlaqələr dinamik inkişaf edir və çoxsaylı mədəniyyət tədbirləri baş tutur. Bişkekdə Milli Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi, Mir Cəlal Paşayevin 110 illiyi, Qara Qarayevin və Rəşid Behbudovun 100 illiyi  münasibətilə yubiley gecələri, Müslüm Maqomayevin  yaradıcılığına həsr olunmuş "Göy əbədiyyət" adlı qala-konsert, yazıçı Anarla görüş və digər tədbirlər yüksək səviyyədə keçirilmişdir. Həmin teatrın səhnəsində Üzeyir Həcibəylinin "Arşın mal alan" operettası yeni quruluşda hazırlanmışdır.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 2018-ci ilin noyabr ayının 14-də Çingiz Aytmatovun anadan olmasının 90 illiyi yubileyinə həsr olunan “Aytmatov və teatr” festivalı çərçivəsində Toktobolot Abdumomunov adına Qırğız Milli Akademik Dram teatrının səhnəsində “Manqurt” tamaşasını təqdim etmişdir. Festivalda teatrımızın iştirakı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Qırğızıstanda Səfirliyinin təşkilatçılığı ilə baş tutmuşdur. Elçin Əfəndiyevin “Şekspir” əsəri Toktobolot Abdumomunov adına Qırğız Milli Akademik Dram teatrında, Hidayət Orucovun “Bu dünyanın adamları” əsəri Çingiz Aytmatov adına Rus Akademik Milli Dram Teatrında, Əli Əmirliyinin "Varlı qadın" əsəri A.Umuraliyev adına Bişkek Şəhər Dram Teatrında böyük uğurla səhnələşdirilmişlər.

2019-cu ilin may ayının 17-də Alıkul Osmonov adına Qırğızıstan Milli Kitabxanasının böyük salonunda İmadəddin Nəsiminin 650 illiyi yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir. Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov, digər vəzifəli şəxslər, səfirlər, diplomatik korpusun məsul əməkdaşları, görkəmli ədəbiyyatçılar, QHT və KİV təmsilçilərinin iştirak etdiyi yubiley TÜRKSOY-un, Azərbaycan Respublikasının (AR) Mədəniyyət, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm Nazirliklərinin, AR-ın Qırğız Respublikasında Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Ertəsi gün Qırğızıstanın “Manas” Universitetində İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı daha bir tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2017-ci il tarixli, 3457 nömrəli Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin vətəndaşlarının Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaları üçün ayrılmış kvotaya əsasən Qırğızstana iki yer verilmişdir.

Səfirlik ictimayyətə Azərbaycan həqiqətləri çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı” kitabı qırğız və rus dillərində, Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı qırğız dilində, Hidayət Orucovun “Heydər Əliyevin milli siyasəti” kitabı qırğız və rus dillərində çap etdirilmişdir.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 58 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

2017-cı ildə Azərbaycan Respublikasının Qırğız Respublikası ilə ticarət dövriyyəsinin həcmi 6.7 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 1.1 mln. ABŞ dolları, ixracın həcmi 5.6 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 4.5 mln ABŞ dolları olmuşdur.

2018-ci ilin 10 ayı ərzində Azərbaycan Respublikasının Qırğız Respublikası ilə ticarət dövriyyəsinin həcmi 3.7 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 1.4 mln. ABŞ dolları, ixracın həcmi 2.3 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 900 min ABŞ dolları olmuşdur.

 

İki ölkə arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

 

Ticarətdövriyyəsi

İxrac

İdxal

2008 il

4.9

3.6

1.3

2009 il

5.3

4.5

0.75

2010 il

41.5

40.5

1

2011 il

22.1

21.2

0.9

2012 il

28.9

26.7

2.24

2013 il

14.5

12.8

1.8

2014 il

27.5

25.8

1.7

2015 il

8.16

6.56

1.6

2016 il

5.21

4.43

0.78

2017 il

6.7

5.6

1.1

2018

yanvar-oktyabr

3.7

2.3

1.4

Azərbaycana Qırğızıstandan idxal: kartof, nişasta, ərik, qarayonca toxumu, dərman vasitələri, közərmə lampaları.

Azərbaycandan Qırğızıstana ixrac: şəkər və saxaroza, şokolad və şokolad məhsulları, polietilen, maye sayğacları, plastik məmulatlar.

Arxiv üzrə axtarış

xin diplomatic service