Kosta Rika

 

Waving Flag of Costa Rica (Animated Gif)

Kosta Rika Respublikası

Prezident: Zati-aliləri cənab Karlos Alvarado

Birinci Vitse Prezident: xanım Epsi Kampbel Bar

Qanunverici Məclisin Sədri: cənab Karlos Benavides Ximenez

Xarici İşlər naziri: cənab Manuel Ventura

 

İkitərəfli münasibətlər

AzərbaycanRespublikasıilə Kosta Rika Respublikası arasında diplomatik münasibətlər 15 yanvar 1997-ci ildə qurulmuşdur. Azərbaycan Respublikasının Birləşmiş Meksika Dövlətlərindəki səfirliyi eyni zamanda Kosta-Rika Respublikasında akkreditə edilmişdir.

 

Yüksək  səviyyəli səfərlər

Xarici İşlər Nazirləri

19-20 oktyabr 2015-ci il tarixində Kosta Rika Respublikasının Xarici İşlər və İnanc naziri cənab Manuel Gonzales Sans Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.

1-2 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov Kosta Rika Respublikasına rəsmi səfər etmişdir.

22-23 iyun 2017-ci il tarixində Kosta Rika Respublikasının Xarici İşlər və İnanc naziri cənab Manuel Gonzales Sans Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

29-30 noyabr 2017-ci il tarixində Kosta Rika Respublikasının Xarici İşlər və İnanc naziri cənab Manuel Gonzales Sans Azərbaycan Respublikasına işgüzar səfərə gəlmişdir.

27-29 aprel 2018-ci il tarixində Kosta Rika Respublikasının Xarici İşlər və İnanc naziri cənab Manuel Gonzales Sans Azərbaycan Respublikasına işgüzar səfərə gəlmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Kosta-Rika Respublikası arasında 3 sənəd imzalanmışdır.

Arxiv üzrə axtarış

xin diplomatic service