Meksika

Waving Flag of Mexico (Animated Gif)

Meksika Birləşmiş Ştatları

Prezident: Zati-aliləri cənab Andres Manuel Lopez Obrador

Senatın Sədri: cənab Marti Batres

Deputatlar Palatasının Sədri: cənab Porfirio Munoz Ledo

Xarici İşlər katibi: cənab Marselo Ebrard

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası  və Meksika Birləşmiş Ştatları arısındakı diplomatik münasibətlər 1992-ci ilin 10 fevral tarixində qurulmuşdur. Azərbaycan Respublikasının  Meksika Birşəmiş Ştatlarındaki Səfirliyi 10 yanvar 2008-ci ildə, Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi isə 1 oktyabr 2014-cu ildə təsis edilmişdir.

 

Yüksək səviyyəli səfərlər

Xarici İslər nazirləri

27–29 mart 2011-ci il tarixində  Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarına rəsmi səfər etmişdir.

19-20 fevral 2012-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov Meksika Birləşmiş Ştatlarına işgüzar  səfər etmişdir.

29-30 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri cənab E.Məmmədyarov Meksikanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Andres Manuel Lopez Obradorun inauqurasiya mərasimində iştirak etmək məqsədilə Meksikaya işgüzar səfər etmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Meksika parlamentlərarası işçi qrupu fəaliyyət göstərir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Meksika Birləşmiş Ştatları arısında 6 sənəd imzalanmışdır.

Arxiv üzrə axtarış

xin diplomatic service