Belarus

 

Waving Flag of Belarus (Animated Gif)

Belarus Respublikası

Prezident: Zati-aliləri cənab Aleksandr Lukaşenko

Baş Nazir: cənab Sergey Rumas

Parlamentin Sədri: cənab Vladimir Andreyçenko

Xarici İşlər naziri: cənab Vladimir Makey

Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfiri: cənab Lətif Qəndilov

Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Gennadi Axramoviç

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: minsk.mfa.gov.az

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol 11 iyun 1993-cü ildə imzalanmışdır. 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda səfirlikləri açılmışdır.

20-21 noyabr 2013-cü il tarixində Belarus Prezidenti A.Lukaşenkonun Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan və Belarus Prezidentlərinin iştirakı ilə Belarusun Azərbaycandakı Səfirliyinin yeni binasının açılışı olmuşdur.

 

Ali səfərlər

Prezidentlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilk rəsmi səfərini 17-18 oktyabr 2006-cı il tarixlərində etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işgüzar səfərini 27-28 noyabr 2006-cı il tarixlərində (MDB Dövlət Başçıları Şurasının iclası) etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi səfərini 11-13 noyabr 2009-cu il tarixlərində etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi səfərini 28-29 avqust 2012-ci il tarixlərində etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işgüzar səfərini 25 oktyabr

2013-cü il tarixində etmişdir. (MDB Dövlət Başçıları Şurasının iclası)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işgüzar səfərini 9-10

oktyabr 2014-cü il tarixlərində etmişdir. (MDB Dövlət Başçıları Şurasının iclası)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi səfərini

27-28 noyabr 2015-ci il tarixlərində etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi səfərini

18-19 noyabr 2018-ci il tarixlərində etmişdir.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilk rəsmi səfərini 01-03 may 2007-ci il tarixlərində etmişdir.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko rəsmi səfərini 03-04 iyun 2010-cu il tarixlərində etmişdir.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko rəsmi səfərini 20-21 noyabr 2013-cu il tarixlərində etmişdir.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko işgüzar səfərini 12 iyun 2015

Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimində iştirak etmək məqsədilə etmişdir.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko rəsmi səfərini 28-29 noyabr 2016-cu il tarixlərində etmişdir. (Səfər zamanı “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir).

Baş nazirlər

Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadə rəsmi səfərini 30 mart – 01 aprel 2004-cü il tarixlərində etmişdir.

Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadə işgüzar səfərini  24 noyabr

2006-cı il tarixində etmişdir (MDB Hökumət Başçıları Şurasının iclası).

Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasi-zadə işgüzar səfərini  23 may

2008-ci il tarixində etmişdir (MDB Hökumət Başçıları Şurasının iclası).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə işgüzar səfərini 23 iyul 2015-ci il tarixində etmişdir. (səfər çərçivəsində Baş nazir A.Rasi-zadə Belarus Prezidenti A.Lukaşenko tərəfindən “Xalqlar dostluğu” ordeni ilə təltif edilmişdir).

Belarus Respublikasının Baş naziri Vladimir Yermoşın rəsmi səfərini 8-9 avqust 2001-ci il tarixlərində etmişdir.

Belarus Respublikasının Baş naziri Sergey Sidorskiy rəsmi səfərini 5-7 noyabr 2004-cü il tarixlərində etmişdir.

Belarus Respublikasının Baş naziri Sergey Sidorskiy işgüzar səfərini 28-29 mart 2007-ci il tarixlərində etmişdir.

Belarus Respublikasının Baş naziri Sergey Sidorskiy işgüzar səfərini 07 iyul 2009-cu il tarixində etmişdir.

Belarus Respublikasının Baş naziri Mixail Myasnikoviç rəsmi səfərini 7-8 iyul 2011-ci il tarixlərində etmişdir. 

Parlament Sədrləri

Cənab Oqtay Əsədov 12-14 oktyabr 2009-cu il tarixlərində rəsmi səfərdə olmuşdur.

Cənab Oqtay Əsədov 10-13 oktyabr 2017-ci il tarixlərində rəsmi səfərdə olmuşdur.

Cənab Vadim Popov 18-19 iyun 2008-ci il tarixlərində Azərbaycan Parlamentinin 90 illik yubileyində iştirak etmək məqsədilə  işgüzar səfər etmişdir.

Cənab Vadim Popov 7 noyabr 2010-cu il tarixində Parlament seçkilərini izləmək üçün işgüzar səfərdə olmuşdur.

Cənab Vladimir Andreyçenko 16-17 noyabr 2011-ci il tarixlərində rəsmi səfər etmişdir.

Cənab Mixail Myasnikoviç 25-27 aprel 2016-cı il tarixlərində işgüzar səfər etmişdir.

Xarici İşlər nazirləri

Cənab Elmar Məmmədyarov 5-7 oktyabr 2014-cü il tarixlərində rəsmi səfərdə olmuşdur.

Cənab Elmar Məmmədyarov 21-22 iyun 2018-ci il tarixlərində işgüzar səfərdə olmuşdur.

Cənab Vladimir Makey 10-11 iyun 2013-cü il tarixlərində rəsmi səfərdə olmuşdur.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Belarus Respublikası arasında 137 sənəd imzalanmışdır.

 

Humanitar sahədə əməkdaşlıq

Son illərdə iki dövlət arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır. İki ölkə prezidentləri arasında mehriban münasibətlərin mövcudluğu, qısa müddətdə ikitərəfli münasibətlərin yeni – tərəfdaşlıq, əməkdaşlıq səviyyəsinə qalxması və siyasi dialoqun davam etdirilməsi, iki dövlət arasında əlaqələrin müvəffəqiyyətinə möhkəm zəmin yaradır. İki ölkənin Xarici İşlər Nazirlikləri arasında imzalanmış məsləhətləşmələr planına uyğun olaraq müxtəlif istiqamətlər üzrə məsləhətləşmələr həyata keçirilir. Sonuncu məsləhətləşmə 2014-cü ilin 19 iyun tarixində nazir müavinləri səviyyəsində  Bakı şəhərində keçirilmişdir. İkitərəfli münasibətlərin iqtisadi və humanitar sahələrinin perspektivlərini əhatə edən sənəd “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında Müqavilə” və onun tərkib hissəsi olan, iki ölkə arasında  bu sahədə əməkdaşlığın istiqamətlərini müəyyən edən “Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq Proqramının icrası üzrə Tədbirlər Planı”dır. Bu Proqramda nəzərdə tutulmuş tədbirlərin ardıcıllıqla həyata keçirilməsi iki ölkə arasında humanitar və ticarət-iqtisadi əməkdaşlığın müvəffəqiyyətlə inkişaf etməsinə imkan yaradır.

 

 İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2012

79 719,4

11 691,1

68 028,3

2013

102 031,4

14 696,6

87 334,8

2014

99 032,7

15 095,1

83 937,6

2015

93 674,6

10 044,1

83 630,5

2016

124 537,9

48 235,5

76 302,4

2017

147 700,6

17 486,3

130 214,3

2018

203 665,5

22 902,8

180 762,7

Azərbaycana Belarusdan idxal:  taxıl, kartof, şəkər çuğunduru, kətan, ət, süd.

Azərbaycandan Belarusa ixrac: maşınqayırma və avadanlıq, mineral məhsullar, kimya sənayesi məhsulları, metallar, tekstil, qida məhsulları.

 

Arxiv üzrə axtarış

xin diplomatic service