Peru

Waving Flag of Peru (Animated Gif)

Peru Respublikası

 

Prezident:

Zati-aliləri cənab Martin Albetro Vizkarra Kornexo

Baş Nazir:

Salvador Alejandro Corc del Solar Labarte

Xarici Əlaqələr naziri:

cənab Nestor Fransisko Popolizio Bardalez

Konqresinin Sədri:  

Pedro Karlos Olaeçea Alvarez-Kalderon

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası və Peru Respublikası arasındakı diplomatik əlaqələr 1996-cı ilin 25 iyun tarixində qurulmuşdur. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi, həmçinin Peru Respublikasında da akkreditə olunmuşdur. 1 iyun 2015-ci ildə Azərbaycan Respublikasının Peru Respublikasında diplomatik nümayəndəliyi fəaliyyətə başlamışdır. 1 iyun 2017-ci ildə Peru Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyətə başlamışdır.

 

Yüksək səviyyəli səfərlər və görüşlər

Xarici İşlər Nazirləri

2 avqust 2012-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov Peru Respublikasına rəsmi səfər etmişdir;

25 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyası zamanı Peru Respublikasının Xarici Əlaqələr Naziri xanım Eda Rivas ilə görüş keçirmişdir.

6 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov Peru Respublikasına işgüzar səfər etmişdir;

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Peru parlamentlərarası işçi qrupu fəaliyyət göstərir.

9 noyabr 2015-ci il tarixində Peru Respublikası Milli Konqresində Peru Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılmış və qrupun rəhbəri Elias Nikolas Rodriqez Zavaletadır;

10 iyun 2013-cü il tarixində Peru Respublikası Milli Konqresi Xocalı soyqırımını qınayan, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən sənəd qəbul etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Peru Respublikası arasında 3 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

 

Azərbaycan və Peru arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İllər üzrə

Ticarət dövriyyəsi

İdxa

İxrac

2013-cü il

57,5

57.3

0.2

2014-cü il

41,9

41,9

0,00

2015-ci il

32,8

28,6

4,2

2016-cı il

828.9

636.2

192.7

2017-ci il

547.62

545.81

1.81

2018-ci il

1045.63

1043.26

2.37

AR Dövlət Statistika Komitəsinin məlumatına əsasən

Əsas idxal məhsulları: qurudulmuş paxlalı tərəvəzlər; sitrus meyvələri; ananas, avokado, quayava, manqo və manqostan və ya qarsiniya;  Üzüm, təzə və ya qurudulmuş; təzə almalar, armudlar və heyvalar; Meyvə və qoz-fındıq, dondurulmuş və qısa müddətli saxlanma üçün konservləşdirilmiş;  kişi və qadın geyimi; makaron məmulatları; sular, təbii və ya süni mineral, qazlı sular; diyircəkli qələmlər; kəsilmiş güllər və qönçələr; yarpaqlar, budaqlar və bitkilərin çiçəksiz başqa hissələri;

Əsas ixrac məhsulları: qara metallardan vintlər, boltlar, qaykalar, qarmaqlar, pərçimlər, şponkalar, şplintlər, şaybalar və analoji məmulatlar; maye nasosları; mayelər üçün qaldırıcılar ; elektrik transformatorları, statik elektrik dəyişdiricləri, induktivlik makaraları və drossellər;

Arxiv üzrə axtarış

xin diplomatic service