Argentina

Waving Flag of Argentina (Animated Gif)

Argentina Respublikası

 

Prezident: Zati-aliləri cənab Maurisio Makri

Vitse-prezident və Senatın Sədri: xanım Qabriela Miketti

Deputatlar Palatasının Sədri: cənab Emilio Monso

Xarici İşlər naziri: cənab Xorxe Fori

Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri: cənab Rəşad Aslanov

Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Serxio Qunella

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: www.buenosaires.mfa.gov.az

 

İkitərəfli münasibətlər

Argentina ilə Azərbaycan arasında diplomatik münasibətlər 8 noyabr 1993-cü il tarixdə yaradılmışdır. 2010-cu ilin may ayından Azərbaycanın Argentinada, 2012-ci ilin fevral ayından isə Argentinanın ölkəmizdə səfirliyi fəaliyyət göstərir.

Azərbaycan Milli Məclisində Argentina ilə, Argentina Senatı və Deputatlar Palatasında isə Azərbaycanla parlamentlərarası işçi qrupları fəaliyyət göstərir.

 

Səfərlər

Parlament sədrləri

29-30 aprel 2019-cu il tarixlərində Argentina Respublikası Deputatlar palatasının sədri Emilio Monso AR Milli Məclisinin sədri Oqtay Əsədovun dəvətilə ölkəmizdə rəsmi səfərdə olmuşdur.

Xarici İşlər nazirləri

2 mart və 2-4 iyul 2012-ci il tarixlərində Argentina Respublikasının Xarici İşlər naziri Hektor Timerman Azərbaycanda rəsmi səfərdə olmuşdur.

26 iyul 2012-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Argentina Respublikasında rəsmi səfərdə, 20-21 mart 2019-cu il tarixində isə işgüzar səfərdə olmuşdur.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında 25 sənəd imzalanmışdır.

 

Hökumətlərarası Birgə Komissiya

Azərbaycan-Argentina iqtisadi və ticari əməkdaşlıq üzrə birgə işçi qrupu 26 iyul 2012-ci il tarixində yaradılmışdır. İndiyədək qrupun 1 iclası baş tutmuşdur (26 noyabr 2014-ci il, Buenos-Ayres şəhəri).

 

Humanitar sahədə əməkdaşlıq

2018-ci ildə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Argentinanın La Rioxa əyalətində fiziki məhdudiyyətli uşaqlar üçün fəaliyyət göstərən 371 saylı Xüsusi Məktəbin lazımi avadanlıqlarla təmin olunması məqsədilə maddi yardım göstərilmişdir.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Argentina arasında kənd təsərrüfatı, heyvandarlıq, energetika, əczaçılıq, informasiya texnologiyaları və turizm sahələrində geniş əməkdaşlıq imkanları mövcuddur və bu sahədə davamlı iş aparılır.  

 

Azərbaycan ilə Argentina arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İl

İdxal

İxrac

Ticarət

Dövriyyəsi

Saldo

2014

10.986,8

0,0

10.986,8

-10.986,8

2015

15.155,4

0,0

15.155,4

-15.155,4

2016

12.924,0

0,0

12.924,0

-12.924,0

2017

22.175,9

0,0

22.175,9

-22.175,9

2018

23.932,3

0,0

23.932,3

-23.932,3

Azərbaycana Argentinadan idxalın tərkibi: əczaçılıq məmulatları, soya yağının ekstraksiyası nəticəsində alınan cecələr, konserv edilmiş araxis, qarğıdalı, qurudulmuş gavalı, noxud və lobya, az miqdarda şərab və ət.

 

Arxiv üzrə axtarış

xin diplomatic service