Uruqvay

Waving Flag of Uruguay (Animated Gif)

URUQVAY ŞƏRQ RESPUBLIKASI

Prezident: Zati-aliləri cənab Tabare Vazqez

Vitse-prezident/Senatınsədri:xanım Lusia Topolanski

Nümayəndələr Palatasının Sədri:xanım Sesilia Bottino

Xarici İşlər naziri: cənab Rodolfo Nin Novoa

Azərbaycan Respublikasının Uruqvay Şərq Respublikasındakı səfiri: cənab Rəşad Aslanov (iqamətgahı Buenos-Ayres şəhəri olmaqla)

 

İkitərəfli münasibətlər

Uruqvay və Azərbaycan arasında diplomatik münasibətlər 11 yanvar 1995-ci il tarixində qurulmuşdur.  10 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Uruqvay Şərq Respublikasında Diplomatik Nümayəndəliyi təsis edilmişdir.

 

Yüksək səviyyəli əfərlər

27 iyul, 2012- ci il - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Uruqvaya səfər etmişdir.

22 mart 2019  - Azərbaycan Respublikasının xarici işlər naziriElmar Məmmədyarov Uruqvaya səfər etmişdir.

30 aprel 2019 - Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoa Azərbaycana səfər etmişdir.

Habelə parlamentlər arasında mütəmadi səfərlər həyata keçirilir, intensiv məsləhətləşmələr aparılır. Uruqvay Parlamentin bir neçə spikeri, eləcə də 20-dən artıq Parlament üzvü son illərdə Azərbaycana səfər etmişdir.

 

Parlamentlərarası işçi qrupları

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupa 6 millət vəkili daxildir. Qrupun rəhbəri – Zabelin Mixail Yuryeviç

27 iyul 2012-ci il tarixində Nazir Elmar Məmmədyarovun Uruqvaya səfəri zamanı Uruqvay parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun yaradılması haqqında Akt imzalanmışdır. Hazırda Uruqvay Milli Konqresində həm Senatın, həm də Nümayəndələr Palatasının üzvlərindən ibarət Uruqvay-Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupa 9 parlamentar daxildir. Qrupun sədri yoxdur.

 

Müqavilə-hüquq bazası

Azərbaycanla Uruqvay arasında 7 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı maraq mövcuddur. 2018-ci ildə Uruqvayın ilk dəfə Azərbaycandan təxminən 85 milyon dollarlıq neft satın alması ikitərəfli ticarətdə diqqəti cəlb etmişdir. Nəticədə, Azərbaycan Uruqvaya ən çox neft satan 5 ölkədən biridir. 2019-cu ilin may ayından Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoanın Azərbaycana səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Sazişi”  iqtisadi əlaqələrin normativ bazasını yaradılması baxımından əhəmiyyətlidir.

 

Arxiv üzrə axtarış

xin diplomatic service