Paraqvay

Waving Flag of Paraguay (Animated Gif)

PARAQVAY RESPUBLİKASI

Prezident: Zati–aliləri cənab Mario Abdo Benitez

Paraqvay Milli Konqresinin Senatının Sədri: cənab Blas Llano

Paraqvay Milli Konqresinin Deputatlar Palatasının Sədri: cənab Pedro Alliana

Xarici İşlər naziri: cənab Antonio Rivas Palacios

Azərbaycan Respublikasının Paraqvay Respublikasındakı səfiri: cənab Rəşad Aslanov

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası və Paraqvay Respublikası arasında diplomatik münasibətlər 20 aprel 2004-cü ildə qurulmuşdur. 2012-ci ilin mart ayından etibarən Azərbaycan Respublikasının Argentinadakı səfiri Paraqvay Respublikasında da akkreditə olunmuşdur. 2019-cu ilin 11 mart tarixində Oskar Brelyes Marinyo Azərbaycanın Paraqvaydakı fəxri konsulu təyin edilmişdir.

2014-cü ildən Paraqvay Milli Konqresinin Senatı və Deputatlar Palatasında Azərbaycanla Parlamentlərarası Dostluq Qrupları təsis edilmişdir.

 

Parlamentlərarası əlaqələr

24 iyul 2014-cü ildə Paraqvay Milli Konqresinın Senatında və Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası münasibətlər üzrə dostluq qrupları yaradılmışdır. 

5-6 mart 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin üzvlərindən ibarət nümayəndə heyəti Paraqvay Respublikasında səfərdə olmuşdur.

10 sentyabr 2015-ci ildə Paraqvay Milli Konqresində “Azərbaycan Respublikası və Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək” adlı bəyanat qəbul edilmişdir. Bəyanatda Dağlıq Qarabağ bölgəsi Azərbaycanın ərazisi olaraq qeyd olunmuş, ölkəmizin ərazisinin Ermənistan tərəfindən işğalı göstərilmiş, münaqişənin qurbanı olmuş insanlara dərin kədər ifadə edilmiş və münaqişə tərəflərinə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının işğal faktı ilə bağlı qəbul etdiyi qətnamələrə əməl edilməsi haqda çağırış edilmişdir.

16 mart 2018-ci ildə Paraqvay Respublikasının Milli Konqresinin Senatının sədri Fernando Luqo və Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun rəhbəri Xuan Ramires VI Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişlər.

 

Səfərlər

Xarici İşlər nazirləri

23 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Paraqvay Respublikasına ilk rəsmi səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Paraqvay Respublikası arasında 2 sənəd imzalanmışdır.

 

Azərbaycan və Paraqvay arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

 

İl

 

İxrac

 

İdxal

 

Ümumi Ticarət Dövriyyəsi

2014

-

13,2

13,2

2015

-

122,5

122,5

2016

-

647,3

647,3

2017

-

657,24

657,24

2018

-

602,76

602,76

 

Arxiv üzrə axtarış

xin diplomatic service