Nepal

Waving Flag of Nepal (Animated Gif)

Nepal Federativ Demokratik Respublikası

Prezident: Zati–aliləri xanım Bidhya Devi Bhandari

Baş Nazir: cənab Khadga Prasad Sharma Oli

Xarici Işlər naziri: cənab Pradip Kumar Gyavali

 

İkitərəfli münasibətlər

İki ölkə arasında diplomatik əlaqələr 28 fevral 1995-ci ildə qurulmuşdur. Azərbaycanın Hindistandakı səfiri eyni zamanda Nepalda akkreditə olunmuşdur. Nepal Federativ Demokratik Respublikasının Rusiyadakı səfiri eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur.

3 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikasının səfiri Əşrəf Şıxəliyev etimadnaməsini Nepal Prezidenti Bidhya Devi Bhandariyə təqdim etmişdir.

 

Yüksək səviyyəli qarşılıqlı səfərlər

  • 2-5 may 2015-ci ildə Bakıda keçirilmiş AİB Rəhbərlər Şurasının 48-ci illik Toplantısında Nepalın Maliyyə naziri Ram Sharan Mahat iştirak etmişdir.
  • 28-30 oktyabr 2014-cü ildə Nepalın Gənclər və İdman naziri Azərbaycanda keçirilən I Gənclər Siyasəti üzrə Qlobal Forumunda iştirak etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

  • 29 aprel 2015-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına humanitar yardım göndərilmişdir. Prezidentin göstərişinin icrasının davamı olaraq, 13 Azərbaycan və 4 Gürcüstan vətəndaşı həmin təyyarə ilə Nepalda təbii fəlakət zonasından təxliyə edilmişdir.
  •  “Mən Azərbaycan haqqında nə bilirəm” esse müsabiqəsinin Nepaldan olan  qalibi P.Jha Gənclər və idman nazirliyinin dəvəti ilə 10-20 iyul 2016-cı ildə Azərbaycana səfər etmiş, Azərbaycanın mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olmuşdur.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan və Nepal Federativ Demokratik Respublikası arasında ticarət əlaqələri (min ABŞ dolları ilə)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2014

50

-

50

mənfi 50

2015

-

66

66

müsbət 66

2016

24.6

44.7

68.7

müsbət 20.1

2017

37

 

7

 

44

 

mənfi 30 

2018

59

-

59

mənfi 59 

 

Arxiv üzrə axtarış

xin diplomatic service