Laos

 

Waving Flag of Laos (Animated Gif)

Laos Xalq Demokratik Respublikası

Prezident: Zati-aliləri cənab Bunnyanq Voraçit

Baş Nazir: cənab Tonqlun Sisulit

Parlamentin (Milli Assambleya) Sədri: xanım Pani Yathotu

Xarici İşlər naziri: cənab Salımsay Kommasit

Laos Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Sivienqpxet Pxetvorasak

Azərbaycan Respublikasının Laos Xalq Demokratik Respublikasındakı səfiri: cənab Anar İmanov (iqamətgahı Hanoy şəhəri olmaqla)

Official website of the Embassy of the Republic of Azerbaijan:  http://hanoi.mfa.gov.az

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər 22 may 1995-ci ildə qurulmuşdur.

2 avqust 2019-cu ildə Laos Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı səfiri Sivienqpxet Pxetvorasak (iqamətgahı Moskva şəhərində olmaqla) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim etmişdir.

1-5 may 2015-cü ildə  Laos Xalq Demokratik Respublikasının Maliyyə nazirinin müavini  Thipphakone Chanthavongsanın başçılıq etdiyi nümayəndə heyəti Asiya İnkişaf Bankının  Rəhbərlər Şurasının 48-ci illik toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olmuşdur.

28 fevral-1mart 2018-ci il tarixlərində Azərbaycan Respublikası Birinci Vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Laos Xalq Demokratik Respublikasında səfərdə olmuşdur.

20-21 may 2018-ci ildə Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədri xanım Sunton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Xarici İşlər nazirinin müavini Ramiz Həsənov ilə görüşlər keçirmişdir. Səfər çərçivəsində Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

14-16 mart 2019-cu ildə Bakı şəhərində keçirilən VII Qlobal Bakı Forumunda iştirak etmək üçün Laos Xalq Demokratik Respublikası Xarici İşlər Nazirinin müavini xanım Khamphao Ernthavanhnın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.

 

Ali və yüksək səviyyəli səfərlər

Xarici İşlər nazirləri

18-20 iyun 2017-ci ildə Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasitin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri olmuşdur. Səfər zamanı Salımsay Kommasit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Baş Nazir Artur Rəsi-zadə, Milli Məclisin Sədri Oqtay Əsədov və Xarici Işlər naziri Elmar Məmmədyarov ilə görüşmüşdür.

15-16 sentyabr 2017-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasının Prezidenti Bunyanq Voraçit Milli Assambleyasının (Parlament) Sədrinin vəzifəsini icra edən Bunpon Buttanavonq və Xarici Işlər naziri Salımsay Kommasit, həmçinin Azərbaycanın təhsil ocaqlarının laoslu məzunları ilə görüşlər keçirmişdir.

5-6 aprel 2018-ci ildə Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatı Aralıq Nazirlər Konfransında iştirak etmək məqsədilə Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasit Azərbaycan Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Salımsay Kommasit Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə görüş keçirmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

25-26 oktyabr 2018-ci ildə Bakı şəhərində keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədr müavini Somdy Bounkhoum rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

Azərbaycan ilə Laos arasında humanitar sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivi baxımından Laos nümayəndə heyətinin səfəri çox faydalı olmuşdur. Bu xüsusda 26 oktyabr 2018-ci il tarixində VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Gələcəyə sərmayə: davamlı və inkluziv inkişafa doğru” mövzusunda dəyirmi masa zamanı Azərbaycanda təhsil almış və hazırda Laosda nüfuz sahibi olan əcnəbi məzunların ilk görüşü və əcnəbi məzunların Assosiasiyasının yaradılması böyük əhəmiyyət kəsb edir.

Azərbaycan tərəfindən Laosa həm ikitərəfli əsasda, həm də Qoşulmama Hərəkatı xətti ilə təhsil sahəsində təqaüdlər ayrılmışdır.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında üç sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsinin, ixracın və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2016

9.2

0

9.2

2017

22.3

0

22.3

2018

70.9

0

70.9

 

Arxiv üzrə axtarış

xin diplomatic service