Finlandiya

Waving Flag of Finland (Animated Gif)

Finlandiya Respublikası

 

Prezident: Zati-aliləri cənab Sauli Vainamö Niinistö

Baş Nazir: cənab Antti Rinne

Parlament Sədri: cənab Matti Vanhanen

Xarici İşlər naziri: cənab Pekka Haavisto

 

İkitərəfli münasibətlər

Finlandiya Respublikası Azərbaycanın müstəqilliyini 30 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 24 mart 1992-ci ildə qurulmuşdur. Azərbaycanın İsveçdəki səfirliyi eyni zamanda Finlandiyada akkreditə olunmuşdur. Finlandiyanın Azərbaycan Respublikasındakı səyyar səfiri Arya Makkonendır.

Azərbaycan-Finlandiya əlaqələrində mühüm hadisələr kimi 29-30 sentyabr 2005-ci ildə Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonenin Azərbaycana və 29-30 may 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Finlandiyaya həyata keçirilmiş səfərlərini qeyd etmək vacibdir.

Finlandiya, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk Qrupunun tərkibinə daxildir. Hətta, Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona Rusiya ilə birlikdə başçılıq etmişdir.

İkitərəfli siyasi münasibətlərə təkan verən amillərdən biri də 5 dekabr, 2000-ci ildən Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyət göstərməsidir. Eyni zamanda, 25 aprel 2012-ci ildə Finlandiya Parlamentində (Eduskunta) Finlandiya-Azərbaycan dostluq qrupu yaradılmışdır. 

İkitərəfli əlaqələrə töhfə verən amillərdən biri də, iqtisadi sahədə aparılan  əməkdaşlıqdır. İqtisadi əlaqələrin genişlənməsində Finlandiyanın Xarici Ticarət və İnkişaf naziri xanım Anne-Mari Virolainenin rəhbərlik etdiyi nümayəndə heyətinin 4-6 iyul 2018-ci il tarixlərində Bakıya səfəri xüsusi rol oynamışdır.

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Finlandiyaya 29-30 may 2008-ci ildə rəsmi səfər etmişdir. Finlandiya Prezidenti xanım Tarya Halonen 29-30 sentyabr 2005-ci il tarixlərində Azərbaycanda rəsmi səfərdə olmuşdur.

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Finlandiyaya 3 səfəri həyata keçirilmişdir: 2 rəsmi (29 iyun-01 iyul 2006; 14-15 may 2014) və 1 işgüzar səfər ( 04-05 dekabr 2008).

Finlandiya Xarici İşlər naziri Erkki Tuomioyanın Azərbaycana 2 rəsmi (04-05 oktyabr 2004; 01-03 aprel 2012) və 1 işgüzar səfəri (03-04 oktyabr 2006) baş tutmuşdur.

Bundan əlavə, Finlandiyanın Xarici İşlər naziri İlkka Kanervanın ATƏT-in fəaliyyətdə olan sədri qismində 27-28 fevral 2008-ci ildə ölkəmizə səfəri həyata keçirilmişdir.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 5 sənəd imzalanmışdır.

 

Humanitar sahədə əməkdaşlıq

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin digər istiqamətlərini təhsil, mədəni mübadilə və xalqlar arasındakı təmaslar təşkil edir.

Bu çərçivədə bir sıra tədbirlər həyata keçirilir. Son tədbirlərdən 2019-ci ilin aprel ayının    21-də Finlandiyanın Tampere Universitetində 38 dövlətin gənc alimlərinin milli assosiasiyalarının rəhbərlərindən ibarət 100-dək nümayəndənin qatıldığı tədbirdə  Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş geniş təqdimat mərasimini qeyd etmək olar.

 

İqtisadi sahədə əməkdaşlıq

Finlandiyanın 14 şirkəti  Azərbaycanda qeydiyyatdan keçmişdir. Onlar telekommunikasiya, nəqliyyat, avadanlıq və digər sahələrdı fəaliyyət göstərirlər.

 

Azərbaycan Respublikasının Finlandiya Respublikası ilə ticarət əlaqələri (milyon ABŞ dolları ilə)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2013

63.9

0.01

63.9

-63.89

2014

70.9

0.01

70.9

-70.89

2015

34.55

0.19

34.74

-34.36

2016

12.6

0.27

12.87

-12.33

2017

18.42

0.75

19.17

-17.67

2018

29.33

0.62

29.95

-28.71

(Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən).

 

Finlandiyadan idxalda: modul tipli elektrik stansiyaları və onları təşkil edən hissələr, elektrik naqilləri, transformatorlar, telefon aparatlarının və səsi, şəkili və ya başqa məlumatı ötürən və qəbul edən aparatlar, tros, kanat və kabel hazırlayan maşınlar.

Finlandiyaya ixracda: xam neft, reaktiv mühərrikləri üçün kerosin yanacağı, plastik kütlədən hazırlanmış geyim və geyim ləvazimatları, şüşə liflərindən digər məmulatlar.

 

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər

  1. Azərbaycan Respublikası Hökuməti ilə Finlandiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qorunması haqqında Saziş. 26 fevral 2003, Bakı;
  2. Azərbaycan Respublikası və Finlandiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş. 29 sentyabr 2005, Bakı.

Arxiv üzrə axtarış

xin diplomatic service