Niderland

Waving Flag of the Netherlands (Animated Gif)

Niderland Krallığı

Dövlət başçısı: Kral Villem-Aleksandr

Baş Nazir: Mark Rutte

Xarici İşlər naziri: Stef Blok

Senatın Sədri: Yan Antoni Brayn

Nümayəndələr Palatasının Sədri: Xədicə Arib

Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin rəsmi internet səhifəsi: http://hague.mfa.gov.az

 

İkitərəfli münasibətlər

Niderland Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1 aprel 1992-ci ildə qurulmuşdur.

20 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti Niderland Krallığında Azərbaycan Səfirliyinin açılması barədə Sərəncam imzalamışdır.2007-ci ilin may ayında Azərbaycan Respublikasının Niderland Krallığında Səfirliyi fəaliyyətə başlamışdır.

Niderland Krallığının Azərbaycandakı Səfirliyi 26 iyun 2009-cu il tarixində açılmışdır. Niderland Krallığının ölkəmizdəki hazırkı səfiri Onno Kerversdir (2016-cı ildən etibarən).

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikası və Niderland Krallığı arasında münasibətlər müsbət inkişaf dinamikasına malikdir.

Azərbaycan tərəfindən Niderlanda 1 dövlət başçısı (işgüzar) və 1 Xarici İşlər naziri səviyyəsində rəsmi səfər baş tutmuşdur.

Niderland tərəfindən Azərbaycana Parlament Sədri səviyyəsində 1 (rəsmi) və Xarici İşlər naziri səviyyəsində isə 2 (rəsmi) səfər həyata keçirilmişdir.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan-Niderland Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu 8 aprel 2011-ci ildən fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Eldar Quliyevdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında 11 sənəd imzalanmışdır.

 

Azərbaycan Respublikası və Niderland Krallığı arasında ticarət əlaqələri (milyon ABŞ dolları ilə)

İllər

İdxal

İxrac

Dövriyyə

Saldo

2014

188,8

19,2

208

-169,6

2015

102,82

101,79

204,61

-1,03

2016

75.63

38.29

113.92

-37.3

2017

87.89

86.67

174.56

-1.22

2018

103.84

77.98

181.38

-25.86

2019 01-03

38.1

5.8

43.9

-32.3

Mənbə: Azərbaycan Dövlət Gömrük Komitəsi

 

Niderland Krallığından Azərbaycan Respublikasına idxal məhsulları: oksidietanol, məlumatın işlənməsinin rəqəm blokları, qaz turbinlərinin hissələri, səsi, şəkli və ya başqa məlumatı qəbuledən, uyğunlaşdıran və ötürən və ya düzəldən maşınlar və onların hissələri, pərakəndə satış üçün qablaşdırılmış halda dərman vasitələri, printerlər, surətçıxarma və faksmil aparatları.

Azərbaycan Respublikasından Niderland Krallığına ixrac məhsulları: xam neft; mazut, meyvə və tərəvəz, paslanan metallardan məmulatlar.

Azərbaycan-Niderland Biznes Qovşağı 17 may 2016-cı il tarixində yaradılıb. Azərbaycan tərəfindən koordinator Tariyel Mirzəyev, Niderland tərəfindən koordinator Elvin Hulşerdir.

Niderlandın Azərbaycanda müxtəlif kapitala malik 36-ya yaxın şirkəti mövcuddur.

Arxiv üzrə axtarış

xin diplomatic service