Yeni Zelandiya

Waving Flag of New Zealand (Animated Gif)

Yeni Zelandiya

Dövlət başçısı: Ülyahəzrət II Elizabet

General Qubernator: xanım Patrisia Li Reddi

Baş Nazir: xanım Casinda Ardern

Parlamentin Sədri: cənab Trevor Mallard

Xarici İşlər naziri: cənab Uinston Piters

 

İkitərəfli münasibətlər

1992-ci ilin 29 iyun tarixində Azərbaycan Respublikası və Yeni Zelandiya arasında diplomatik münasibətlər qurulmuşdur.

2013-cü ilin 5-6 dekabr tarixlərində Yeni Zelandiya Baş Nazirinin Mərkəzi Asiya ölkələri üzrə xüsusi elçisi və bu ölkənin keçmiş Baş Naziri Cim Bolger Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı Cim Bolger Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini Novruz Məmmədov və Xarici İşlər nazirinin müavini Xələf Xələfov ilə görüşmüşdür.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsinin, ixracın və idxalın həcmi (min ABŞ dolları)

İllər

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

21 108.8

143.3

20 965.5

2015

17 531.7

0

17 531.7

2016

40 077.2

82.4

39 994.8

2017

48 017.6

107

47 910.6

2018

44 460.8

119.7

44 341.1

 

Arxiv üzrə axtarış

xin diplomatic service