Macarıstan

Waving Flag of Hungary (Animated Gif)

Macarıstan

 

Prezident: Zati-aliləri cənab Yanoş Ader

Baş Nazir: cənab Viktor Orban

Parlamentin Sədri: cənab Laszlo Kover

Xarici İşlər naziri: cənab Peter Siyyarto

Azərbaycan Respublikasının Macarıstandakı səfiri: cənab Vilayət Quliyev

Macarıstanın Azərbaycan Respublikasındakı səfiri: cənab Viktor Szederkenyi

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi:  http://budapest.mfa.gov.az/  

 

İkitərəfli münasibətlər

Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci ildə tanımışdır. Diplomatik münasibətlər 27 aprel 1992-ci ildə qurulmuşdur.

Hər iki ölkənin paytaxtlarında – 2004-cü ildə Budapeştdə və 2009-cu ildə Bakıda səfirliklərin açılması intensiv əlaqə və dialoqun əsasını qoymuşdur.

Ölkə başçıları, hökumət rəhbərləri, parlament sədrləri və üzvləri, nazirlər, müxtəlif dövlət qurumlarının rəhbərləri səviyyəsində həyata keçirilmiş qarşılıqlı səfərlər ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə vermişdir.

2014-cü ilin 10-11 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana uğurlu səfəri və səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Macarıstan arasında Strateji Əməkdaşlıq haqqında  Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərdə mühüm hadisə olmuşdur.

Hazırda Azərbaycan-Macarıstan münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi qiymətləndirilir. İki dövlət arasında bütün sahələrdə əməkdaşlıq inkişaf etməkdədir, yüksək səviyyədə siyasi dialoq aparılır.

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana səfərləri: 18-19 fevral 2008-ci il, 26-27 yanvar 2009-cu il, 10-11 noyabr 2014-cü il.

Macarıstan Prezidenti Pal Şmitin Azərbaycana səfəri: 10-12 noyabr 2011-ci il.

Macarıstan Baş Nazirlərinin Azərbaycana səfərləri: Ferents Dyurçani 7-8 iyul 2008-ci il, 14 noyabr 2008-ci il, Viktor Orban 13-14 sentyabr 2010-cu il, 29 iyun-1 iyul 2012-ci il, 5-6 mart 2016-cı il.

Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun Macarıstana səfərləri: 28-29 aprel 2014-cü il, 23-24 iyul 2017-ci il, 30-31 avqust  2017-ci il.

Macarıstan Xarici İşlər nazirlərinin Azərbaycana səfərləri: Kinqa Qönts 17-19 may 2007-ci il, Peter Siyyarto 3-4 noyabr 2014-cü il, 27-28 iyun 2016-cı il, 29 iyun 2018-ci il, 29 mart 2019-cu il.

 

Humanitar sahədə əməkdaşlıq

Macarıstan və Azərbaycan xalqları arasında münasibətlərin qədim tarixə söykənir. XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə macar krallığı arasında diplomatik əlaqələr və ticarət münasibətlərinin mövcud olmuşdur. Müxtəlif dövrlərdə Azərbaycan ədəbiyyatının görkəmli simalarının əsərlərinin macar dilinə, macar ədiblərinin əsərlərinin Azərbaycan dilinə tərcümə edilmişdir. Humanitar sahədə əməkdaşlığın qədim tarixi köklərinin olduğunu nəzərə alaraq, Macarıstan Universitetlərinin birində Azərbaycan Tarixi kafedrasının açılması imkanları araşdırılır.

Təhsil sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Bu xüsusda, iki ölkə arasında imzalanmış Təhsil proqramları çərçivəsində Macarıstanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrin sayı ilbəil artır və hazırda 800-dək tələbə Macarıstanın müxtəlif ali təhsil müəssisələrində təhsil alır (2018-2020-ci illər üçün Təhsil proqramı iki ölkənin Xarici İşlər nazirləri arasında 2017-ci ilin dekabr ayında Vyana şəhərində imzalanmışdır).

Heydər Əliyev Fondu tərəfindən Macarıstanda həyata keçirilən humanitar layihə xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir. Belə ki, 17 sentyabr 2015-ci il tarixində Heydər Əliyev Fondu tərəfindən beynəlxalq əməkdaşlıq çərçivəsində ayrılmış maliyyə yardımı əsasında Budapeşt şəhərində yerləşən Lazslo Battiani adına Roma Katolik Mərkəzində inşa  olunmuş korlar üçün uşaq evi, uşaq bağçası və ibtidai məktəbi əhatə edən mərkəzin açılış mərasimi keçirilmişdir.

2017-ci ilin mart ayında Bakı şəhərində Macarıstan mədəniyyət günləri keçirilmişdir.

2019-cu il 24-25 aprel tarixdə Azərbaycan Respublikası Mədəniyyət nazirinin 1-ci müavini Vaqif Əliyevin Macarıstana səfəri çərçivəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq Proqramı imzalanmışdır.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Macarıstan arasında 38 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2014

72,0

23,9

95.9

2015

0,240

27,7

27,9

2016

0,911

40,1

41,1

2017

1.9

41.34

43,3

2018

1,5

66

67,5

Mənbə: AR Statistika Komitəsi.

İxracda əsas məhsullar: propilen, meyvə şirələri və tərəvəz, fındıq, kerosin, tikinti materialları.

İdxalda əsas məhsullar: dizel mühərrikləri, dərman, qənnadı məhsullar, gigiyenik məhsullar, sənaye və tikinti avadanlıqları.

“Azərbaycan Respublikası Hökuməti ilə Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya” 2009-cu ildə yaradılmışdır və bugünədək Komissiyanın 6 iclası keçirilmişdir. Sonuncu iclas 27-28 iyun 2016-cı il tarixlərində Bakı şəhərində  keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service