Çili

Waving Flag of Chile (Animated Gif)

Çili Respublikası

Prezident: Zati-aliləri cənab Sebastian Pinyera Eçenike

Milli Konqresin Senatının Sədri: cənab Xaime Kintana Leal

Milli Konqresin Deputatlar Palatasının Sədri: cənab İvan Flores Qarsia

Xarici İşlər naziri: cənab Teodoro Ribera Neumann

Azərbaycan Respublikasının Çili Respublikasındakı səfiri: cənab Rəşad Aslanov (iqamətgahı Buones Ayres şəhərində olmaqla)

Çili Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili: cənab Qabriel Xara

 

 

İkitərəfli münasibətlər

Azərbaycanla Çili arasında diplomatik münasibətlər 3 noyabr 1994-cü ildə qurulmuşdur. 2014-cü ilin noyabr ayından Azərbaycan Respublikasının Çilidə, 2018-ci ilin dekabr ayından Çili Respublikasının Azərbaycanda diplomatik nümayəndəlikləri təsis olunmuşdur.

13 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfovun Çili Respublikasına səfəri zamanı XİN-lərarası siyasi məsləhətləşmələrin birinci raundu keçirilmişdir.

 

Yüksək səviyyəli qarşılıqlı səfərlər

Xarici İşlər nazirləri

28-30 aprel 2005-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Çili Respublikasına işgüzar səfər etmişdir.

18-19 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Çili Respublikasına rəsmi səfər etmişdir.

 

Parlamentlərarası əməkdaşlıq

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə dostluq qrupu yaradılmışdır. Rəhbəri Azər Badamovdur.

Çili Respublikasının Milli Konqresinin Senatında və Deputatlar Palatasında Çili-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupları yaradılmışdır. Senatda qrupun rəhbəri senator Fransisko Çauan, Deputatlar Palatasında isə Qabriel Silber Romodur. Ötən illər ərzində dostluq qruplarının bir sıra qarşılıqlı səfərləri həyata keçirilmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Çili Respublikası arasında 2 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Çili arasında ticarət dövriyyəsi (son 5 il üzrə, milyon ABŞ dolları ilə)

 İl

Ticarət dövriyyəsi

   İdxal

  İxrac

2014

1163.2

1163.2

 

2015

1655.8

1655.8

 

2016

3448.8

3448.8

 

2017

2377.1

2377.1

 

2018

3242,3

2973.3

269,02

Mənbə: Azərbaycan Dövlət Gömrük Komitəsi.

Azərbaycandan Çiliyə ixrac: Xalça, tekstil məhsulları, mexaniki cihazlar, onların hissələri.

Azərbaycana Çilidən idxal: Dondurulmuş balıq növləri və balıq məhsulları, konservləşdirilmiş meyvələr, kimyəvi məhsullar.

Arxiv üzrə axtarış

xin diplomatic service