Boliviya

Waving Flag of Bolivia (Animated Gif)

Boliviya Çoxmillətli Dövləti

 

Prezident: Zati-aliləri cənab Evo Morales Ayma                        

Vitse-prezident:   cənab Alvaro Garcia Linera

Xarici Əlaqələr naziri: cənab  Dieqo Pari Rodriqez

Azərbaycan Respublikasının Boliviya Çoxmillətli Dövlətində səfiri:  cənab Rəşad Aslanov (iqamətgahı Buenos-Ayres şəhərində)

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası və Boliviya Çoxmillətli Dövləti arasındakı diplomatik əlaqələr   8 iyul 1996-cı il tarixində qurulmuşdur.

17 iyun 2013-cü il tarixində səfir Məmməd Əhmədzadə öz etimadnaməsini Boliviya prezidenti Eva Moralesə təqdim etmişdir.

23-25 iyun 2014-cü il tarixində M.Əhmədzadə Boliviya Çoxmillətli Dövlətinə səfər çərçivəsində Boliviya xarici işlər naziri David Çokeuanka (David Choquehuanca Cespedes) və bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2400 nömrəli 27 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən Rəşad Aslanov iqamətgahı Buenos-Ayresdə olmaqla Azərbaycan Respublikasının Boliviyada fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

 

Yüksək səviyyəli səfərlər

18 avqust 2017-ci il tarixində Boliviya Xarici Əlaqələr naziri Fernando Uanakuni Mamani Azərbaycana rəsmi səfər etmişdir.

24 noyabr 2017-ci il tarixində Energetika naziri Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Toplantısında iştirakı etmək üçün Boliviyanın Santa Kruz şəhərinə səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan və Boliviya arasında 2 sənəd imzalanmışdır.

 

Azərbaycan Respublikası ilə Boliviya arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

 

İl

 

İxrac

 

İdxal

 

Ümumi Ticarət Dövriyyəsi

2014

0.0

18.0

18.0

2015

-

-

-

2016

3.7

0.7

4.4

2017

11.89

6.78

18.67

2018

4,48

1,95

6.43

 

Arxiv üzrə axtarış

xin diplomatic service