Belçika

Waving Flag of Belgium (Animated Gif)

Belçika Krallığı

Dövlət başçısı: Əlahəzrətləri Kral Filip

Baş Nazir: cənab Şarl Mişel

Senatın Sədri: xanım Sabin Lorel

Nümayəndələr Palatasının Sədri: cənab Patrik Deval

Xarici İşlər naziri: cənab Didye Reynders 

Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri: cənab Fuad İsgəndərov

Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri: cənab Bert Sufs

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi saytı: http://brussels.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Belçika Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi 1995-ci ildə açılmışdır.  

Belçika Krallığının Azərbaycandakı Səfirliyi fəaliyyətə 2007-ci ildə başlamışdır.

Hazırda ikitərəfli münasibətlərdə dinamik inkişaf müşahidə olunur. Dövlət başçıları, hökumət başçıları, parlament sədrləri və üzvləri, nazirlər və müxtəlif dövlət strukturlarının rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin inkişafında mühüm amil olmuşdur.

İndiyədək Azərbaycan tərəfindən Belçikaya 14 Prezident səfəri (işgüzar), 1 Parlament Sədri, və 13  (işgüzar) Xarici İşlər naziri səviyyəsində səfərlər baş tutmuşdur.

Belçika tərəfindən Azərbaycana Parlament Sədri, Baş Nazir və Xarici İşlər naziri səviyyəsində rəsmi səfərlər həyata keçirilmişdir.

2017 və 2019-cu illərdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Belçika Kralı Əlahəzrətləri Filip arasında görüşlər keçirilmişdir.

2016-cı ildə Bakıda və 2018-ci ildə Brüsseldə Azərbaycan və Belçika XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir.

 

Mədəni-humanitar əməkdaşlıq

Azərbaycan və Belçika arasında regionlar səviyyəsində sıx əlaqələr qurulmuşdur. Ölkəmizin müxtəlif şəhər və rayon icra başçıları 2007, 2010, 2011 və 2014-cü illərdə Belçikaya səfərlər etmişlər. Belçikanın Vaterlo, Lommel, Antverpen və Ham şəhərləri ilə enerji, iqtisadi, mədəni və idman sahələrində əməkdaşlıq mövcuddur. Lommel şəhəri ilə İmişli şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanmışdır.

Belçikanın Vaterlo şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın abidəsi, Ham şəhərində “Qarabağ Atı” abidəsi, eləcə də Lommel şəhərində Azərbaycan idmançılarının şərəfinə xatirə lövhəsi ucaldılmışdır.

2019-cu ilin may ayında Belçikada “Qarabağ” muğam qrupunun iştirakı ilə Azərbaycan Muğamı Günləri keçirilmişdir.   

 

Parlamentlərarası münasibətlər

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupu vardır. Qrupun rəhbəri Elxan Suleymanovdur.

Parlamentlərarası İttifaqda Belçika Qrupunun Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan üzrə ikitərəfli bölməsi mövcuddur ki, bu qrup Belçika Federal Parlamentində müvafiq ölkələr üzrə dostluq qrupu kimi fəaliyyət göstərir. 2019-cu il 26 mayda keçirilmiş ümumi seçkilərdən sonra tərkibi yenilənmiş parlamentdə dostluq qrupunun rəhbəri və üzvləri qarşıdan gələn dövrdə təyin ediləcəkdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında aşağıdakı 6 sənəd imzalanmışdır.

 

Azərbaycan və Belçika arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları ilə)

İl

Ticarət dövriyyəsi

İdxal

İxrac

2014

98,2

96.7

1.5

2015

93,1

80,1

13

2016

61,45

55.0

6,45

2017

75,29

62,03

13,26

2018

65,39

56,19

9,2

yanvar-iyun 2019

41.1

36

5.1

19 Belçika şirkəti Azərbaycanda enerji sektorunda, habelə ticarət, tikinti, rabitə, xidmət, sənaye, sağlamlıq, nəqliyyat sahələrində fəaliyyət göstərir.

Belçikanın “Fluxsys” şirkəti Cənub Qaz Dəhlizinin vacib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində 19% payla təmsil olunur.

Tikinti sahəsində ixtisaslaşan “Besix” şirkəti Azərbaycanda irimiqyaslı layihələrin, o cümlədən Dövlət Neft Fondunun yeni inzibati binasının inşasında iştirak etmişdir.

Səhiyyə sahəsində “Healthcare Belgium” qurumu ilə “Orfit İndustries” şirkəti Bakıda  “Bona Dea” xəstəxanasının tikilməsi sahəsində ölkəmizlə sıx əməkdaşlıq etmişlər.

Arxiv üzrə axtarış

xin diplomatic service