Andorra

Waving Flag of Andorra (Animated Gif)

Andorra Knyazlığı

 

Dövlət başçısı (ikili şahzadə sistemi): Zati-aliləri cənab Xoan-Enrik Vives i Sisília, Zati-aliləri cənab Emmanuel Makron

Təmsilçilər: Fransa tərəfindən Patrik Strzoda, İspaniya tərəfindən Xosep Maria Mauri

Baş nazir: cənab Xavier Espot

Parlament Sədri: cənab Roser Sunye Paske

Xarici İşlər naziri: xanım Maria Ubax Font

Azərbaycan Respublikasının Andorra Knyazlığındakı səfiri (iqamətgahı İspaniya Krallığında)cənab Anar Məhərrəmov

 

 

İkitərəfli münasibətlər

Azərbaycan və Andorra arasında diplomatik əlaqələr 30 aprel 1996-cı il tarixində yaradılmışdır.

1 iyun 2016-cı il tarixində  cənab Anar Məhərrəmov Azərbaycan Respublikasının iqamətgahı Madrid şəhərində olmaqla, Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

 

Səfərlər

Ali səfərlər

26-28 aprel 2014-cü il tarixlərində Andorra Knyazlığının baş naziri Oskar Ribas Reyq “İkinci Açıq Qlobal Cəmiyyətlər Forumu”nda iştirak etmək üçün Azərbaycanda işgüzar səfərdə olmuşdur.

Xarici İşlər nazirlərinin səfərləri

3-5 iyun 2012-ci il tarixlərində Andorra Knyazlığının Xarici İşlər naziri cənab Gilbert     Saboya Sunye Azərbaycanda rəsmi səfərdə olmuşdur. 

 

Azərbaycan Respublikası ilə Andorra Knyazlığı arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

il

idxal

ixrac

Ticarət dövriyyəsi

saldo

2014

32.0

-

32.0

-32.0

2015

57.8

-

57.8

-57.8

2016

17.4

-

17.4

-17.4

2017

0,3

-

0,3

- 0,3

2018

0,2

-

0,2

- 0,2

Azərbaycan Respublikasına idxal olunan məhsullar: maqnit zolağı olan kartlar, yarımkeçirici “ İntellektual kartlar”, alüminium folqalar

Arxiv üzrə axtarış

xin diplomatic service