Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM)

Image result for cica flag

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM)

Yaranma tarixi:

AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci ildə Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı irəli sürülmüşdür. AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər  1999-cu ildə qəbul edilmiş “AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbəredici prinsipləri haqqında Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş Almatı Aktıdır.

Məqsədi:

Bu təşəbbüsün irəli sürülməsində əsas məqsəd Asiyada sülh və təhlükəsizliyin təmin olunması üzrə effektiv və universal təşkilatın yaradılması olmuşdur.

Əsas orqanları :

AQEM-in inzibati orqanı Nur-sultan şəhərində yerləşən Katiblikdir. AQEM-in əsas qərar qəbul etmə orqanları Dövlət və Hökumət Başçılarının Görüşü, Xarici İşlər Nazirləri Şurası və Yüksək Vəzifəli Şəxslər Komitəsidir.

Mənzil qərargahı :

Nur-Sultan, Qazaxıstan

Sədr:

Tacikistan (2018-2020)

İcraçı direktor:

AQEM Katibliyinə namizədliyi təşkilata sədrlik edən dövlət tərəfindən irəli sürülən İcraçı Direktor rəhbərlik edir və onun fəaliyyət müddəti 2 ildir. Hazırda bu vəzifəni Tacikistan nümayəndəsi Habibollo Mirzozoda yerinə yetirir.

Üzv dövlətlər :

Hazırda AQEM-in 27 üzv var. Habelə, 8 dövlət və 5 beynəlxalq təşkilat AQEM-də müşahidəçi statusuna malikdir.

Azərbaycan və AQEM:

Ölkəmiz “Nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı” sahəsində etimad-quruculuğu tədbirinin əlaqələndiricisi funksiyalarını yerinə yetirməkdədir. Bu xüsusda, Azərbaycan tərəfi 20-21 aprel 2011-ci il tarixlərində Bakıda qeyd edilən etimad-quruculuğu sahəsində ekspertlərin görüşünə ev sahibliyi etmişdir.

2018-ci ilin 13-14 aprel tarixlərində Bakıda “Sülh, təhlükəsizlik və dayanaqlıq kontekstində beynəlxalq gənclər əməkdaşlığı” (International Youth Cooperation in the context of Peace, Security and Sustainability) mövzusunda AQEM-in Gənclər Şurasının üçüncü konfransı keçirilmişdir.

Təsisatın Zirvə görüşlərinin Yekun Bəyannamələrində, eləcə də Nazirlər iclaslarının sənədlərində separatizm dövlətlərin sabitliyi, suverenliyi və ərazi bütövlüklərinə olan təhdid kimi pislənilmiş və AQEM üzv-dövlətləri arasında münasibətlərin bir-birinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında qurulmalı olduğu qeyd edilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service