ABŞ

Waving Flag of the United States (Animated Gif)

Amerika Birləşmiş Ştatları 

Prezident: Zati aliləri cənab Donald Trump

Vitse-prezident və Senatın Sədri: cənab Maykl Pens

Nümayəndələr Palatasının Sədri: xanım Nənsi Pelosi

Dövlət katibi: cənab Maykl Pompeo

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri: cənab Elin Süleymanov

ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri: cənab Örl Litzenberq

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: http://washington.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası və ABŞ arasında diplomatik əlaqələr 1992-ci ilin 28 fevral tarixində qurulmuşdur. Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi 1992-ci ilin martında, ABŞ-ın Azərbaycandakı Səfirliyi isə 1992-ci ilin noyabr ayında açılmışdır.

Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulu Nəsimi Ağayevdir.

Azərbaycanla ABŞ arasında tərəfdaşlıq qarşılıqlı hörmət, oxşar maraqlar və uğurlu əməkdaşlıq tarixçəsinə əsaslanır. İki ölkə arasında bir sıra sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələrdə məhsuldar əməkdaşlıq həyata keçirilir. Azərbaycan və ABŞ arasında müxtəlif sahələr üzrə mütəmadi şəkildə qarşılıqlı səfərlər, təmaslar və dialoqlar keçirilir. Azərbaycan ABŞ-ın Cənubi Qafqaz regionunda ən iri ticarət tərəfdaşıdır.

 

Yüksək səviyyəli səfərlər və görüşlər

Ölkə başçıları

1994-cü il 25-30 sentyabr Prezident H.Əliyevin BMT BA çərçivəsində işgüzar səfəri

1995-ci il 20-26 oktyabr Prezident H.Əliyevin işgüzar səfəri

1997-ci il 27 iyul -6 avqust Prezident H.Əliyevin rəsmi səfəri

1999-cu il 22-27 aprel Prezident H.Əliyevin işgüzar səfəri

2000-ci il 12-18 fevral Prezident H.Əliyevin işgüzar səfəri

2000-ci il 4-9 sentyabr Prezident H.Əliyevin BMT BA çərçivəsində işgüzar səfəri

2001-ci il 1-13 aprel Prezident H.Əliyevin işgüzar səfəri

2003-cü il 23 fevral – 14 mart Prezident H.Əliyevin rəsmi səfəri

2004-cü il 23-25 sentyabr Prezident İ.Əliyevin BMT BA çərçivəsində işgüzar səfəri

2006-cı il 25-28 aprel Prezident İ.Əliyevin rəsmi səfəri

2010-cu il 24 sentyabr Prezident İ.Əliyevin i BMT BA çərçivəsində işgüzar səfəri

2012-ci il 2-4 may Prezident İ.Əliyevin işgüzar səfəri

2012-ci il 20-21 may Prezident İ.Əliyevin işgüzar səfəri

2016-cı il 30 mart–1 aprel Prezident İ. Əliyevin işgüzar səfəri

2017-ci il 17-20 sentyabr Prezident İ. Əliyevin BMT BA çərçivəsində işgüzar səfəri

Hökumət başçıları

1997-ci il 19-23 may Baş Nazir A.Rasi-zadənin rəsmi səfəri

2003-cü il 25 avqust Baş Nazir İ.Əliyevin rəsmi səfəri     

2008-ci il 3-4 sentyabr Vitse-Prezident D.Çeyninin rəsmi səfəri

Xarici İşlər Nazirləri (son 5 il):

2014-cü il 22-29 sentyabr E.Məmmədyarovun BMT BA çərçivəsində işgüzar səfəri

2015-ci il 23 sentyabr-5 oktyabr E.Məmmədyarovun BMT BA çərçivəsində işgüzar səfəri

2016-cı il 30 mart-1 aprel E.Məmmədyarovun işgüzar səfəri

2016-cı il 19-24 sentyabr E.Məmmədyarovun BMT BA çərçivəsində işgüzar səfəri

2017-ci il 17-27 sentyabr E.Məmmədyarovun BMT BA çərçivəsində işgüzar səfəri 17-27

2018-ci il 21 sentyabr–1 oktyabr E.Məmmədyarovun BMT BA çərçivəsində işgüzar səfəri

2019-cu il 18-20 iyun E.Məmmədyarovun ABŞ-a işgüzar səfəri

 

Sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlıq

ABŞ və Azərbaycanın birgə sülh səylərinin tarixi onilliklərə dayanır.  Azərbaycan hərbiçiləri Əfqanıstanda Amerika əsgərləri ilə  çiyin-çiyinə xidmət edir.  Azərbaycan Əfqanıstan polisi, sərhəd mühafizə zabitləri və mülki və hərbi tibbi həkimlər üçün xüsusi təlimlər keçir.

Əfqanıstanda ABŞ-ın rəhbərlik etdiyi sülh əməliyyatının başlamasından bəri Azərbaycan öz infrastrukturunu bu əməliyyata açmış və qeyri-döyüş yüklərinin Əfqanıstana tranzit daşımaları üçün istifadə edilmısinə yardım etmişdir. Şimal Tədarük Şəbəkəsinin əsas tərkib hissəsi kimi Azərbaycan Əfqanıstanda koalisiya qüvvələri üçün fasiləsiz multimodal tranzit təmin etmişdir.

ABŞ Nəqliyyat Komandanlığı və Hava Mobil Komandanlığı ilə sıx əməkdaşlıq edən Azərbaycan ISAF əməliyyatının dəstəklənməsi üçün ABŞ və NATO-ya mühüm uçuş icazələri,  tibbi evakuasiya uçuşları, enmə və yanacaq doldurma imkanları təqdim etmişdir.

Azərbaycan hərbçiləri illər boyu Amerikanın İraq və Balkanlarda apardığı səylərə kömək etmişdir. Azərbaycan, həmçinin beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirakçıdır. Azərbaycan və ABŞ birgə nüvə yayılmasının qarşısının alınması və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparılması, geniş Xəzər regionu və daha geniş coğrafiyada təhlükəsizliyin təmin edilməsi üçün birgə çalışır. Azərbaycan Silahlı Qüvvələri Oklahoma Milli Qvardiyası ilə birgə səmərəli əməkdaşlıq əsasında Dövlət Tərəfdaşlığı proqramını inkişaf etdirmişdir.

 

Enerji sahəsində əməkdaşlıq

Azərbaycanla ABŞ arasında enerji sahəsində davam edən məhsuldar əməkdaşlıq uğurlu tarixçəyə malikdir. Belə ki, 1994-cü ildə Xəzər hövzəsinin Azərbaycan sektorunda Azəri-Çıraq-Çünəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə “Əsrin müqaviləsi”ndə ABŞ şirkətləri yer almış, habelə həmin zamandan bəri ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək olmuşdur. 2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində də ABŞ-ın Şevron və Ekson şirkətləri yer almışdır.

ABŞ, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini, xüsusilə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsini dəstəkləyir. Bu xüsusda ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə bildirmişdir ki, ABŞ Cənub Qaz Dəhlizinə qətiyyətlə sadiqdir və layihənin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini dəstəkləyir. “Mən Azərbaycanın Xəzər dənizindən enerji resurslarının inkişafı və ixracı da daxil olmaqla qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsində rolunu yüksək qiymətləndirirəm”.

 

Parlamentlərarası əlaqələr


Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrupa Milli Məclisin 10 üzvü daxildir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidovdur.

ABŞ Konqresində də Azərbaycan üzrə işçi qrupu (24 mart 2004-cü ildən) fəaliyyət göstərir.

Stiv Şabot (R-OH) və Stiv Koen (D-TN) Konqresdə Azərbaycan üzrə işçi qrupunun həmsədrləridir. İşçi qrupa Konqresin 49 üzvü daxildir.

Azərbaycanın Milli Məclisi və ABŞ Konqresi arasında qarşılıqlı səfərlər və görüşlər həyata keçirilir. Son dövrlərdə, xüsusilə də 2018 və 2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, millət vəkili Səməd Seyidov, millət vəkilləri Sahibə Qafarova və Asim Mollazadədən ibarət nümayəndə heyəti Vaşinqton şəhərində işgüzar səfərlərdə olmuşdur. Həmçinin 2018-ci ildə ABŞ Konqresinin Nümayəndələr Palatasının Hüquq Komitəsinin sədri Konqres üzvü Robert Qudlatın rəhbərlik etdiyi nümayəndə heyəti regiona səfər çərçivəsində Azərbaycanda olmuşdur. Nümayəndə heyətinə, həmçinin Konqres üzvləri Mayk Bişop, Kenni Merçant, Con Körtis, Kris Stüart, Henri Kuellar daxil olmuşdur. Nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, xarici işlər və vergilər nazirləri ilə görüşləri keçirilmişdir. Bu səfərlə yanaşı, 2018-ci ildə Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Daimi Xüsusi Komitənin sədri Devin Nunes və Komitənin üzvü Erik Alan Krouford Azərbaycanda səfərdə olmuşdur.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında 86 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Cənubi Qafqazda Amerikanın ən böyük ticarət tərəfdaşıdır və qarşılıqlı mənfəətlə böyük sazişlər həyata keçirir. Misal olaraq, Azərbaycan “Boeing”  ilə bir sıra mühüm müqavilələr imzalamışdır. Hazırda Azərbaycan Hava Yolları Bakı və Nyu York şəhərləri arasında birbaşa uçuşlar təşkil edir. 2016-cı ilin aprel ayında Azərbaycan və ABŞ arasında “Açıq Səmalar” haqqında ikitərəfli Sazişi imzalanmışdır. 

Azərbaycanla ticarət ABŞ-da 11 mindən çox iş yerinin dəstəklənməsinə yardım edir.

Azərbaycanın Dövlət Neft Şirkəti Federal Home Loan Bank, Fannie Mae və Freddie Mac bonds da daxil olmaqla ABŞ Xəzinədarlığı, eləcə də ABŞ borcu və səhmləri üçün 8 milyard dollardan artıq sərmayə yatırmışdır.

ABŞ-ın Azərbaycana ixracında əsas yeri mülki təyyarə, onun mühərrik və ehtiyat hissələri (47.1 %), maşın, avadanlıq və cihazlar, eyni zamanda onların ehtiyat hissələri (19.6 %), borular, çənlər və onlara aid hissələr (3 %) və digər mallar (30.2 %) tutur. ABŞ-ın Azərbaycandan idxalında isə əsas yeri xam neft və başqa yanacaq məhsulları (93.9 %) tutur. Digər idxal olunan mallar sırasına təbii meyvə şirələri və mürəbbələr, xalça və toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, şərab məmulatları, kimya məhsulları, radio və radar avadanlıqlar və s. daxildir.  2017-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 781.78 milyon ABŞ doları, 2018-ci ildə isə bu göstərici 858.61 milyon ABŞ dolları təşkil etmişdir.

 

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)                                                           

 

İl

 

İdxal

 

İxrac

 

Ümumi ticarət dövriyyəsi

2013

376,4

990,2

1366,6

2014

563,4

745,8

1309,2

2015

847,3

337,7

1185

2016

434,2

142

576,2

2017

720,6

61,1

781,7

2018

527,16

331,45

858,61

Azərbaycanın ixrac etdiyi məhsullar: xam neft və başqa yanacaq məhsulları, təbii meyvə şirələri və mürəbbələr, xalça və toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, şərab məmulatları, kimya məhsulları, radio və radar avadanlıqlar.

Azərbaycanın idxal etdiyi məhsullar: mülki təyyarə, onun mühərrik və ehtiyat hissələri (47.1 %), maşın, avadanlıq və cihazlar, eyni zamanda onların ehtiyat hissələri (19.6 %), borular, çənlər və onlara aid hissələr (3 %) və digər mallar (30.2 %).

 

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər 

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında ticarət münasibətləri haqqında saziş (1993),  Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında müqavilə (1997), Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Azərbaycan-Birləşmiş Ştatlar İqtisadi Əməkdaşlıq Komissiyasının yaradılması haqqında əməkdaşlıq memorandumu (2007).

Hökumətlərarası Birgə Komissiya: Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası 2007-ci ildə təsis edilmişdir. Komissiyanın sonuncu iclası 2019-cu ilin may ayında Bakı şəhərində keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service