Rumıniya

Waving Flag of Romania (Animated Gif)

Rumıniya

Prezident: Zati–aliləri cənab Klaus Yohannis                      

Baş Nazir: xanım Viorika Dançila        

Senatorlar Palatasının Sədri: cənab Teodor Meleşkanu

Deputatlar Paltasının Sədri: cənab İon-Marçel Çolaku              

Xarici İşlər naziri: xanım Ramona Nikole Manesku  

Azərbaycan Respublikasının Rumıniyadakı səfiri: cənab Hüseyn Nəcəfov                 

Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri: cənab Dan Yancu

Azərbaycan Respublikasının səfirliyinin rəsmi internet səhifəsi http://bucharest.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Rumıniya Azərbaycanın müstəqilliyini 11 dekabr 1991-ci ildə tanımışdır. Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan dünyada ikinci, Avropa İttifaqı üzv ölkələrin arasında isə ilk ölkədir. İki ölkə arasında diplomatik əlaqələr 21 iyun 1992-ci ildə qurulmuşdur. Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi 19 may 2001-ci ildən fəaliyyət göstərir. Rumıniyanın Azərbaycan Respublikasındakı səfirliyi 03 noyabr 1998-ci il tarixindən fəaliyyət göstərir.                                                                                                             

Yüksək səviyyəli səfərlər

12-13 iyun 2015-ci il tarixlərində Rumıniyanın Baş Naziri Viktor Ponta Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur. 

27 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Rumıniyada işgüzar səfərdə olmuşdur.

3-4 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyada işgüzar səfərdə olmuşdur.

14 mart 2019-cu il tarixində Rumıniya Baş nazirinin müavini Ana Birçal Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.

 

Müqavilə hüquq bazası

 İki ölkə arasında 58 sənəd imzalanmışdır.

 

Humanitar sahədə əməkdaşlıq

İki ölkə arasında mədəni-humanitar əlaqələrin inkişafına töhfə verən mühüm amillər arasında Azərbaycan və Rumıniyanın dahi ictimai-siyasi, mədəni xadimlərinin xatirirəsinin əbədiləşdirilməsi mühüm yer tutur. Buxarest şəhərində Tey Parkında Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin büstünün qoyulması, eləcə də Bakının mərkəzi parklarının birində məşhur rumın bəstəkarı Corce Eneskunun heykəlinin ucaldılması bunun bariz nümunəsidir.

Qara dəniz Universitetləri Şəbəkəsi çərçivəsində iki ölkənin aparıcı ali təhsil müəssisələrinin professor və tələbə mübadiləsinin həyata keçirilməsi təcrübəsinin genişləndirilməsi vacibdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü ildə Buxarest şəhərində bağlanmış müqavilə əsasında tələbə mübadiləsi həyata keçirilir.

Rumıniyada hər il “Nikolae Titulesku adına gənc diplomatlar üçün beynəlxalq kurslar” təşkil edilir və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin gənc diplomatları bu kurslarda iştirak edirlər.

2019-cu ilin fevral ayının 28-də Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər çərçivəsində Buxarestdə yerləşən Rumıniya Milli Kitabxanasında anım mərasimi keçirilmişdir.

2019-cu ildə Rumıniya və Azərbaycan iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Sazişin imzalanmasının 10-cu ildönümünü qeyd edir.

29 may 2019-cu ildə Buxarest Universitetində Bakı Dövlət Universitetinin yaradılmasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.

 

Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İllər

İdxal

İxrac

Ticarət Dövriyyəsi

Saldo

2014

55847,4

86252,7

142100,1

30405,3

2015

7668,4

5832,5

13500,9

-1835,9

2016

15198,1

90,3

15208,4

-15107,8

2017

68124,4

267229,9

335354,3

199105,5

2018

46 295, 14

336127,13

382422,27

-289831,99

2019 (yanvar-iyun)

22241,12

55163,70

77404,82

 

 

Rumıniyadan Azərbaycan Respublikasına əsas idxal olunan məhsullar

  • müxtəlif avadanlıq və cihazlar, onların hissələri;
  • cərəyan mühərrikləri və avadanlıqları, naqillər;
  • qara metal məmulatları;
  • mebel və mebellərin hissələri;
  • ağac yonqarlı plitələr;
  • dərman vasitələri;

Azərbaycan Respublikasından Rumıniyaya əsas ixrac olunan məhsullar:

  • xam neft;
  • emal olunmamış aliminium ərintiləri;
  • qazoyllar;
  • reaktiv kerosin yanacağı;
  • kimyəvi məhsullar və preparatlar.

Hal-hazırda “Xəzər Dənizi – Qara Dəniz beynəlxalq nəqliyyat marşrutu” layihəsinin həyata keçirilməsi üzrə Rumıniya-Azərbaycan və layihənin digər üzvləri – Gürcüstan və Türkmənistan ilə aktiv fəaliyyət davam edir. 04.03.2019-cu ildə  Buxarest şəhərində “Xəzər Dənizi – Qara Dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Türkmənistanın xarici işlər nazirlərinin dördtərəfli görüşü keçirilmiş və Buxarest Bəyannaməsi imzalanmışdır. 24.06.2019-cu ildə Buxarest şəhərində “Xəzər Dənizi – Qara Dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Türkmənistanın ekspert qruplarının dördtərəfli görüşü keçirilmiş və görüşün nəticələrinə dair sənəd qəbul edilmişdir.

Rumıniyanın TAROM aviaşirkəti tərəfindən Buxarest-Bakı istiqamətində bir-başa uçuşların həyata keçirilməsi istiqamətində hal-hazırda danışıqlar davam edir.

 

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər

Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Rumıniya İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Bakı, 02 fevral 2010.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rumıniyanın Kənd Təsərrüfatı və Kəndlərin İnkişafı Nazirliyi arasında əməkdaşlığa dair Saziş. Bakı, 18 aprel 2011.

“Xəzər Dənizi – Qara Dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Türkmənistanın xarici işlər nazirlərinin dördtərəfli görüşünün yekununa dair Buxarest Bəyannaməsi. Buxarest, 4 mart 2019-cu il. 

 

Hökumətlərarası Birgə Komissiya

Azərbaycan-Rumıniya Birgə Komissiyasının indiyədək 5 iclası keçirilmişdir. Sonuncu (5-ci iclası) 22-23 noyabr 2018-ci ildə Buxarest şəhərində baş tutumuşdur.

Arxiv üzrə axtarış

xin diplomatic service