Filippin

Waving Flag of the Philippines (Animated Gif)

Filippin Respublikası

Prezident: Zati-aliləri cənab Rodriqo Duterte

Vitse-Prezident: xanım Maria Leonor Robredo

Senatın Sədri: cənab Visente Sotto III

Filippin Nümayəndələr Palatası Sədri: cənab Alan Piter Kayetano

Xarici İşlər katibi: cənab Teodoro Loksin

 

İkitərəfli münasibətlər

1992-ci ilin 2 yanvar tarixində Filippin Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımış və 1992-ci ilin 27 mart tarixində iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. 2015-ci ildən Azərbaycan Respublikasının Filippin Respublikasındakı fəxri konsulu cənab Jose De Venesia III-dür.

2006-cı ilin 5-6 aprel tarixlərində Filippin Respublikasının Xarici İşlər katibinin xüsusi məsələlər üzrə müavini Rafael Sequis Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfərin əsas məqsədi Filippinin Bakıda keçirilən İKT (İƏT) Xarici İşlər Nazirlərinin 33-cü Konfransında müşahidəçi statusu almaq imkanlarının araşdırılması olmuşdur.

2013-cü ilin  23-24 may tarixlərində Bakıda keçirilmiş Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) İcra Komitəsinin iclasında iştirak etmək məqsədilə GOPAC-ın sədri, Filippin senatoru Edqardo Anqara Azərbaycana etdiyi səfər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin Sədri, Ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri ilə görüşlər keçirilmişdir.

2016-cı ilin 26-27 aprel tarixlərində Bakı şəhərində keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək məqsədilə Filippin Respublikasının Prezidenti Administrasiyasının rəhbər müavini Alberto Bernandonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

2018-ci ilin 5-6 aprel tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransında Filippinin Xarici İşlər katibinin müavini Ernesto Abellanın başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

25-26 oktyabr 2018-ci ildə Bakı şəhərində keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunda Filippinin xarici işlər katibinin müavini Ernesto Abellanın başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Səfər çərçivəsində Ernesto Abella Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov ilə görüş keçirmişdir. Görüşdə “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Filippin Respublikasının Xarici İşlər Departamenti arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Protokol” imzalnmışdır.

 

Yüksək səviyyəli  səfərlər

2006-cı ilin 19-21 iyun tarixlərində Filippin Respublikasının Xarici İşlər katibi Alberto Romulo İKT (İƏT) XİN-in Bakıda keçirilən 33-cü Konfransında iştirak etmək üçün Azərbaycan Respublikasında səfərdə olmuşdur (Filippin tərəfi konfransda qonaq statusu ilə iştirak etmişdir).

 

Humanitar sahədə əməkdaşlıq

2013-cü ildə Filippində baş vermiş təbii fəlakətlə bağlı təcili humanitar yardımın göstərilməsi üçün Filippin Hökuməti və BMT tərəfindən beynəlxalq ictimaiyyətə ünvanlanan birgə müraciətə cavab olaraq, Azərbaycan Respublikası bu ölkəyə humanitar yardımın göstərilməsi məqsədilə 200 min ABŞ dolları məbləğində vəsaitin ayrılması barədə məlumatı qarşı tərəfə nota vasitəsilə göndərmişdir.    

 

Müqavilə-hüquq bazası

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Filippin Respublikasının Xarici İşlər Departamenti arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Protokol” (26 oktyabr 2018-ci il tarixində Bakıda imzalanmışdır).

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsinin, ixracın və idxalın həcmi (min. ABŞ dolları)

İllər

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

815.3

0

815.3

2015

777.8

108.6

669.2

2016

1446.8

11.6

1435.2

2017

1993.8

3.0

1990.8

2018

2938.9

34.1

2904.8

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service