Albaniya

Waving Flag of Albania (Animated Gif)

Albaniya Respublikası

 

Prezident: Zati-aliləri cənab İlir Meta

Albaniya Parlamentinin Sədri: cənab Gramoz Ruçi

Baş Nazir və Xarici İşlər naziri: cənab Edi Rama

Azərbaycan Respublikasının Albaniya Respublikasındakı müvəqqəti işlər vəkili: cənab Eldar Əliyev

Səfirliyin rəsmi internet səhifəsi: www.athens.mfa.gov.az 

 

 

İkitərəfli münasibətlər

Albaniya Azərbaycan Respublikasının müstəqilliyini 4  yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 sentyabr 1993-cü ildə təsis edilmişdir. Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyi eyni zamanda Albaniyada akkreditə olunub. Albaniya Respublikasının Azərbaycan Respublikasında  akkreditə olunmuş səfiri  (Ankarada fəaliyyət göstərir) – Genti Gazheli, (5 noyabr 2016-cı il tarixində etimadnaməsini təqdim edib)

Albaniya Parlamentində Alban-Azərbaycan Dostluq Qrupu 2010-cu ildən fəaliyyət göstərir və parlamentlərarası münasibətlərin genişləndirilməsində mühüm rol oynayır.

 

 

Ali səfərlər

10-11 mart 2016-cı il tarixlərində Albaniya Respublikasının Prezidenti Buyar Nişani “IV Qlobal Bakı Forumu”nda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

15-18 mart 2017-ci il tarixlərində Albaniya Respublikasının Prezidenti Buyar Nişani “V Qlobal Bakı Forumu”nda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

15-17 mart 2018-ci il tarixlərində Albaniya Respublikasının Prezidenti İlir Meta “VI Qlobal Bakı Forumu”nda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

14-16 mart 2019-cu il tarixlərində Albaniya Respublikasının Prezidenti İlir Meta “VII Qlobal Bakı Forumu”nda iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında 8 sənəd imzalanmışdır.

 

Humanitar sahədə əməkdaşlıq

2013-cü ildə Tirana Universitetində təşkil olunmuş “Mən Azərbaycan haqda nə bilirəm?” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri – 11 nəfər alban tələbəsinin 4-13 sentyabr tarixlərində Azərbaycana tanışlıq səfəri baş tutmuşdur. Həmçinin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Səfirlik tərəfindən Albaniyanın Tirana Universitetində “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsi keçirilmiş və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 4 nəfər qalib və bir nəfər Universitetin nümayəndəsi qrup rəhbəri olaraq həmin ilin 15-22 sentyabr tarixlərində Azərbaycana səfər etmişlər.

2014-cü ilin 2-3 oktyabr tarixlərində Albaniyanın Politexnik Universitetinin rektoru Bakıda təşkil edilmiş Beynəlxalq Humanitar Forumunda iştirak etmiş və səfər zamanı Bakı Dövlət Universiteti ilə Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndə heyəti 2014-cü ilin 2-3 aprel tarixlərində Tiranada səfərdə olmuş, Albaniyanın Beynəlxalq Elmlər İnstitutu və Tirana Universitetində konfransların təşkil edilməsi böyük əhəmiyyət doğurmuşdur. Azərbaycan Diplomatik Akademiyasının (ADA) nümayəndəsinin də 2014-cü ilin noyabr ayında Albaniyaya səfəri və Albaniyanın Diplomatik Akademiyası, Beynəlxalq Tirana Universiteti, orta məktəblərdə görüşlər keçirməsi, eləcə də ADA-nın təhsil proqramlarına alban tələbələrini cəlb etmək və onlara təhsil qrantları təqdim etmək təşəbbüsü müsbət haldır.

ADA-nın  nümayəndəsi 2014-cü ilin noyabr ayında Albaniyaya səfər etmiş və Albaniyanın Diplomatik Akademiyası, Beynəlxalq Tirana Universiteti, eləcə də orta məktəblərdə görüşlər keçirmiş, ADA-nın təhsil proqramlarına alban tələbələrini cəlb etmək, onlara təhsil qrantları təqdim etmək təşəbbüsünü irəli sürmüşdür.

 

İqtisadi sahədə əməkdaşlıq

Albaniyanın Dekor-AL” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı, Azərbaycan Sahibkarlar Assosiasiyasının Albaniya Respublikasında təmsilçiliyi fəaliyyət göstərməkdədir. Azərbaycan və Albaniya arasında əməkdaşlıqda enerji sahəsi ən vacib sahələrdən biridir. Trans Adriatic Pipeline (TAP) qaz boru kəməri layihəsinin həyata keçirilməsi bu istiqamətdə strateji əhəmiyyət daşıyır. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin bu ölkənin enerji infrastrukturunun inkişaf edilməsində aktiv iştirakında maraqlıdır və bu xüsusda, Azərbaycan Respublikası və Albaniya Respublikası arasında imzalanmış Albaniyanın Qazlaşdırılması üzrə Baş Plana dair Memorandumun icrasına böyük əhəmiyyət verir.

 

Azərbaycan ilə Albaniya arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

   İl

İdxal

İxrac

Ticarət Dövriyyəsi

2014

5,4

0

5,4

2015

6,8

0

6,8

2016

234,1

19,4

253,5

2017

432,7

72,2

504,9

Azərbaycandan Albaniyaya ixracın tərkibi: kənd təsərrüfatı məhsulları, xam neft, elektrik enerjisi.

Azərbaycana Albaniyaya idxalın tərkibi: kənd təsərrüfatı və ərzaq məhsulları, yüngül sənayə.

 

Hökumətlərarası Birgə Komissiya

2014-cü ilin iyul ayında Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupu təsis edilmişdir.

  

Arxiv üzrə axtarış

xin diplomatic service