Kolumbiya

Waving Flag of Colombia (Animated Gif)

Kolumbiya Respublikası

 

Prezident: Zati-aliləri cənab Ivan Duke Markez

Vitse-prezident: xanım Marta Lusiya Ramirez Blanko

Xarici İşlər naziri: cənab Karlos Xolmes Truxilyo

Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Luis Antonio Dimate Cardenas

 

İkitərfli münasibətlər

Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlər 12 dekabr 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi, eyni zamanda Kolumbiya Respublikasında akkreditə olunmuşdur.

2014-cü ilin 1 aprel tarixindən etibarən Azərbaycan Respublikasının Kolumbiya Respublikasında diplomatik nümayəndəliyi fəaliyyət göstərir.

2014-cü ilin 10 yanvar tarixindən etibarən Kolumbiya Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyət göstərir. 2018-ci ilin 14 dekabr tarixində Luis Antonio Dimate Kardenas Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilib.

24-26 iyul 2012-ci il tarixlərində AR Xarici İşlər naziri Elmar Məmmədyarovun Kolumbiya Respublikasında işgüzar səfəri çərçivəsində tərəflər arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilmişdir.

30 sentyabr-2 oktyabr 2012-ci il tarixlərində Kolumbiya Xarici İşlər nazirinin müavini Monika Lanzettanın Bakıya səfəri çərçivəsində tərəflər arasında siyasi məsləhətləşmələrin ikinci raundu keçirilmişdir.

8 iyul 2013-cü il tarixində Kolumbiyanın Xarici İşlər naziri Maria Anxela Olginin Azərbaycana səfəri çərçivəsində tərəflər arasında siyasi məsləhətləşmələrin üçüncü raundu keçirilmişdir.

23-26 iyun 2015-ci il tarixlərində Kolumbiyanın Medellin şəhərində keçirilmiş BMT-nin Dövlət Xidmətləri Forumunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iştirak etmişdir.

1 sentyabr 2016-cı il tarixində Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəisi Xuan Qillermo Kastro Benetti Azərbaycan Respublikasına səfər etmişdir.

29-30 may 2017-ci il tarixlərində AR Xarici İşlər naziri Elmar Məmmədyarovun Kolumbiya Respublikasına rəsmi səfəri çərçivəsində tərəflər arasında siyasi məsləhətləşmələrin dördüncü  raundu keçirilmişdir.

 

Yüksək səviyyəli  səfərlər 

Xarici İşlər nazirləri

24-26 iyul 2012-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına işgüzar səfər etmişdir.

8 iyul 2013-cü il tarixində Maria Anxela Olgin Kolumbiya Respublikasının Xarici İşlər naziri Azərbaycanda səfərdə olmuşdur.

29-30 may 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına rəsmi səfər etmişdir.

16 iyun 2017-ci iltarixində Maria Anxela Olgin Kolumbiya Respublikasının Xarici İşlər naziri Azərbaycanda səfərdə olmuşdur.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Kolumbiya parlamentlərarası işçi qrupu və Kolumbiya Respublikasının Senatında Kolumbiya-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir.

29-30 sentyabr 2016-cı il tarixlərində Kolumbiya Respublikası Senatının birinci vitse-prezidenti xanım Daira de Xezus Galvis Mendes, senatorlar xanım Teresita Qarsia Romero və xanım Maritza Martines Aristizabal Bakıda keçirilən V Qlobal Humanitar Forumda iştirak etmək üçün ölkəmizə səfər etmişdirlər.

28 mart 2012-ci il tarixində Kolumbiya Konqresi tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı "Azərbaycan ərazisinin qanunsuz işğal edilməsi" adlı qətnamə qəbul edilmişdir.

2013-cü ilin 30 iyul tarixində Kolumbiya Konqresinin Nümayəndələr Palatasının xarici işlər və milli müdafiə məsələləri üzrə İkinci komitəsi tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına dair müvafiq sənəd (proposition)  qəbul edilmişdir.

20 fevral 2017-ci il tarixində Kolumbiya Konqresinin Senatının İkinci Komitəsi (xarici əlaqələr, təhlükəsizlik və milli müdafiə üzrə Komitə)  tərəfindən Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar sənəd (Constansia) qəbul edilmişdir.

2018-ci ilin dekabr ayında Kolumbiya Konqresinin Senatının İkinci Komitəsi tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edilmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

15 sentyabr 2013-cü il tarixindən Kolumbiya Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin əməkdaşları üçün ilk ispan dili kursları təşkil edilmişdir. Sözügedən kurslar mütəmadi hər il təşkil edilməkdədir.

26 aprel-1 may 2013-cü il tarixlərində Heydər Əliyev Fondunun rəsmiləri İlqar Mustafayev və Qərənfil Həsənova Kolumbiyada işgüzar səfərdə olmuşlar.

14 may 2013-cü il tarixində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Kolumbiyanın “Fundacion Delirio” rəqs kollektivinin “Hecho en Cali” rəqs qrupunun konserti  keçirilmişdir.

16 Mart 2016-cı il tarixində Azərbaycan Respublikasının Meksikadakı Səfirliyinin Kolumbiyadakı nümayəndəliyi tərəfindən El Boske  Universitetində “Azərbaycan: tarixdən müstəqilliyə doğru” adlı geniş təqdimat keçirilmişdir.

14-26 noyabr 2016-cı il tarixlərində Kolumbiya və Azərbaycan arasında həyata keçirilən birgə idman mübadiləsi layihəsi çərçivəsində, Kolumbiyanın gənc qızlardan ibarət voleybol komandası ölkəmizdə keçirilən birgə təlim-məşq proqramında iştirak etmişdir.

08 aprel 2019-cu il tarixində Kolumbiyanın Eksternado Universitetinde “Türkiyə - Qafqaz (Azərbaycan) Araşdırma Mərkəzi” təsis edilmişdir.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 5 sənəd imzalanmışdır.

 

Azərbaycan və Kolumbiya arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

 

İllər üzrə

Ticarət dövriyyəsi

İdxal

 

İxrac

 

2013-cü il

796.2

785.8

1.4

2014-cü il

112.2

111.3

0.9

2015-ci il

522.3

486.1

54.2

2016-cı il

268.9

160.9

108

2017-ci il

445.97

374.73

71.24

2018-ci il

734.04

656.49

77.55

Mənbə: AR Dövlət Statistika Komitəsinin məlumatına əsasən.

 

Kolumbiyadan Azərbaycana idxalda aşağıdakı məhsullar üstünlük təşkil etmişdir:

  • meyvə;
  • güllər;
  • qəhvə;

Azərbaycandan Kolumbiyaya ixracda aşağıdakı məhsullar üstünlük təşkil etmişdir:

  • Kilim, sumax, kermani və analoji əl işi xalçaları;
  • Hazır və hazır olmayan xovlu örtüklər;
  • Atletik inventar və avadanlıqlar.

Arxiv üzrə axtarış

xin diplomatic service