Serbiya

Waving Flag of Serbia (Animated Gif)

Serbiya Respublikası

Prezident: Zati-aliləri cənab Aleksandar Vuçiç

Baş Nazir: xanım Ana Brnabiç

Parlament Sədri: xanım Maya Qoykoviç

Baş Nazirin birinci müavini, Xarici Işlər naziri: cənab İvitsa Daçiç

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfiri: cənab Eldar Həsənov

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: http://belgrade.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Keçmiş Yuqoslaviya Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımış, Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlər isə 21 avqust 1997-ci ildə qurulmuşdur.

2011-ci ilin 26 may tarixində Serbiya Respublikasının  Azərbaycan Respublikasında Səfirliyi və 8 iyun 2011-ci il tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasında Səfirliyi açılmışdır.

23 oktyabr 2014-cü ildə Serbiyanın Azərbaycana təyin olunmuş səfiri Neboyşa Rodiç etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir. 6 iyun 2018-ci il tarixində Serbiyanın ölkəmizdəki səfiri Neboyşa Rodiçin diplomatik fəaliyyəti başa çatmışdır.

Azərbaycanla Serbiya arasında bütün sahələri əhatə edən strateji tərəfdaşlıq münasibətləri mövcuddur. 7-9 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliçin iştirakı ilə “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmış, həmçinin Bakıda görkəmli serb alimi, fizik Nikola Teslanın abidəsinin rəsmi açılışı olmuşdur. 

2018-ci ilin 21-22 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Serbiya Respublikasının Prezidenti cənab Aleksandar Vuçiç “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”nı imzalamışdır.

Azərbaycan Serbiyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.

 

Siyasi məsləhətləşmələr

3-4 iyun 2019-cu il tarixlərində Belqradda Azərbaycan-Serbiya XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi Nazir müavinləri səviyyəsində keçirilmişdir.

Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirinin müavini Ramiz Həsənov, Serbiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru (nazir müavini) Zoran Vuyiç başçılıq etmişdilər.

 

Səfərlər

Ali səfərlər

11-13 iyun 2015-ci il tarixlərində Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç “Birinci Avropa Oyunları”nın açılış mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.

21-22 may 2018-ci il tarixlərində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.

Baş nazirlər

13-15 aprel 2015-ci il tarixlərində Serbiya  Respublikasının Baş naziri Aleksandar Vuçiç Azərbaycanda rəsmi səfərdə olmuşdur.

Xarici işlər nazirləri

2-4 dekabr 2015-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in sammitində iştirak etmək məqsədilə Serbiyada işgüzar səfərdə olmuşdur.

31 may – 1 iyun 2015-ci il tarixlərində Serbiya Respublikasının xarici işlər naziri İvitsa Daçiç ATƏT-in fəaliyyətdə olan sədri qismində Azərbaycanda işgüzar səfərdə olmuşdur.

3-6 aprel 2018-ci il tarixlərində Serbiya Respublikasının xarici işlər naziri İvitsa Daçiç Bakıda keçirilən Qoşulmama Hərəkatı Konfransında iştirak etmək məqsədilə Azərbaycanda işgüzar səfərdə olmuşdur.

 

Humanitar sahədə əməkdaşlıq

Serbiya Respublikasının Prezidenti cənab Tomislav Nikoliçin 26 mart 2015-ci il tarixli Fərmanı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevə Serbiya Respublikası qarşısında ictimai, mədəniyyət və humanitar fəaliyyət sahəsində xüsusi xidmətlərinə görə Serbiya Respublikasının yüksək dövlət mükafatı - “Sreten Ordeni” ilə təltif edilmişdir.

22 fevral 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Olimpiya Komitəsinin sədri Vlade Divatsın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan və Serbiya, həmçinin Balkan ölkələri arasında çoxşaxəli əlaqələrin inkişafına verdiyi töhfələrə və Azərbaycan və Balkan xalqlarının yaxınlaşmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Ana və Vlade Divats Fondu”nun “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafatı təqdim edilmişdir.

21-24 avqust 2012-ci ildə Serbiyanın Zlatibor şəhərində keçirilmiş “Zlatibor-2012” birinci Beynəlxalq idman filmləri festivalında Azərbaycan rejissoru Arzu Urşanın “Top bəzən uçur, bəzən yerə düşür” filmi festivalın birinci mükafatına layiq görülmüşdür.

29 iyun–2 iyul 2013-cü ildə Serbiyanın Zlatibor şəhərində keçirilmiş “Zlatibor-2013” ikinci Beynəlxalq idman filmləri festivalında Azərbaycan rejissoru Rafiq Quliyevin “Çövkən” filmi festivalın birinci mükafatına layiq görülmüşdür.

1-5 sentyabr 2014-cü il tarixlərində Serbiyanın Veliko Qradişte şəhərində keçirilən SİLAFEST – VI Beynəlxalq Turizm və Ekologiya Filmləri Festivalında azərbaycanlı rejissor Mariya İbrahimovanın müəllifi olduğu “Azərbaycan: Şərqin Avropa cazibəsi” adlı filmi festivalın ən yaxşı turizm filmi mükafatına layiq görülmüşdür.

30 sentyabr 2014-cü il tarixində Belqrad şəhərindəki Serbiya Milli Teatrında Serbiya və ümumilikdə Qərbi Balkan regionunda böyük nüfuza malik “Kariç Fondu” tərəfindən təsis olunmuş “Kariç qardaşları” mükafatlarının on yeddinci təqdimetmə mərasimi keçirilmişdir. “

26 aprel 2018-ci il tarixində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın birbaşa təşəbbüsü, Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan dilinin, onun zəngin mədəniyyətinin geniş təbliği məqsədi ilə Belqrad Universitetində “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin rəsmi açılış mərasimi keçirilmişdir.

22 may 2018-ci il tarixində Serbiya Respublikasının Prezidenti A. Vuçiçin ölkəmizə səfəri zamanı Azərbaycan Dillər Universitetində Serb Dili və Mədəniyyəti Mərkəzinin rəsmi açılış mərasimi keçirilmiş, sentyabr ayından etibarən hər iki dilin aidiyyəti universitetlərdə tədrisinə başlanılmışdır.

15-19 oktyabr 2018-ci il tarixlərində Serbiyanın Smederovo şəhərində keçirilmiş 49-cu “Semederovo Poeziya Payızı” beynəlxalq festivalında Azərbaycanlı şair, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xəqani Həbiboğlu (Verdiyev) “Smederevo Qızıl Açarı” mükafatına layiq görülmüş və onun şeirləri festivalın təşkilatçıları tərəfindən serb dilinə tərcümə edilmiş “Görüş” adlı kitabı iki dildə (Azərbaycan və serb dillərində) nəşr edilmişdir. Şairin şeirləri həmçinin serb dilində nəşr edilmiş poeziya almanaxında da yer almışdır.

8 fevral 2019-cu il tarixində ölkələrimiz arasında bütün sahələri əhatə edən yüksək səviyyəli münasibətlərə, Azərbaycanın Serbiyada həyata keçirdiyi humanitar layihələrə, habelə Serbiyanın ərazi bütövlüyünü, suverenliyini beynəlxalq təşkilatlar çərçivəsində davamlı dəstəyinə görə Səfirliyimiz “Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinə, Serbiya Respublikasının ərazi bütövlüyünü, suverenliyini beynəlxalq təşkilatlar çərçivəsində dəstəklədiyi üçün təşəkkür” təltifinə layiq görülmüş və Serbiya Kral Akademiyasında, akademiya üzvləri və elm adamlarının iştirakı ilə mükafatın xüsusi təqdimetmə mərasimi keçirilmişdir.

20 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin Serbiya Kral Akademiyasına müraciəti əsasında Akademiya tərəfindən Azərbaycanın dahi şairi İmaməddin Nəsiminin adına yubiley medalının təsis edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Qərarda həmçinin Serbiyanın dahi yazıçısı, şair, Nobel mükafatçısı İvo Andriçin adına xatirə medalının təsis edilməsi qeyd edilmişdir.

17-19 iyun 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının həyata keçirilməsi ilə əlaqədar  Belqrad şəhərində silsilə tədbirlər həyata keçirilmişdir.

Tədbirlər proqramı çərçivəsində cari ilin 17 iyun tarixində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın başçılıq etdiyi Azərbaycan alimlərindən ibarət nümayəndə heyəti Belqrad Universitetinin (BU) rektoru professor İvanka Popoviç ilə görüş keçirmişdir.

17 iyun tarixində Azərbaycan nümayəndə heyətinin üzvləri Belqrad Universitetinin filologiya fakültəsinin dekanı, professor Lilyana Markoviç ilə də görüşmüşlər. Görüşdə hər iki Mərkəzin fəaliyyətindən məmnunluq ifadə edilmiş, əməkdaşlığı daha da genişləndirməyin zəruri olması qeyd edilmişdir.

18 iyun 2019-cu il tarixində Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayevin başçılıq etdiyi Azərbaycan alimlərinin nümayəndə heyətini qəbul etmişdir. Görüşdə iki ölkənin ali məktəbləri və elmi müəssisələri arasında əlaqələrin genişləndirilməsi məsələlərinə toxunulmuşdur.

18 iyun 2019-cu il tarixində  Azərbaycanın Serbiyadakı Səfirliyinin təşəbbüsü və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə dahi Azərbaycan şairi Nəsiminin serb dilinə tərcümə edilmiş seçmə şeirlərindən ibarət kitabının təqdimat mərasimi keçirilmiş, həmçinin Nəsimi filmi ilk dəfə serb dilində subtitrlərlə nümayiş edilmişdir.

19 iyun 2019-cu il tarixində Serbiya Kral Akademiyasının təşkilatçılığı ilə Belqrad Universitetində Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdən və Serbiya tərəfindən bir çox nüfuzlu alim, ziyalı və ədəbiyyatşünasların iştirakı ilə elmi simpozium keçirilmişdir. Sözügedən simpoziumda Serbiya Kral Akademiyasının 20 fevral 2019-cu il tarixli qərarı ilə təsis edilmiş “Nəsimi 650 il” yubiley və “İvo Andriç”  medalları təqdim edilmişdir.

 

Müqavilə hüquq bazası

İki ölkə arasında  34 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

24 iyul 2018-ci il tarixində Çinin “Power Construction Corporation of China” şirkətinin podratçı və Azərbaycanın AzVirt şirkətinin subpodratçı  qismində iştirakı ilə Belqrad şəhərinin ətrafından keçən dairəvi avtomagistral yolun inşasının başlanmasına həsr olunmuş tədbir keçirilmişdir.

Uzunluğu 20.4 km. olan avtomagistral yolun, onun üzərində olan üç körpünün inşası və iki tunelin yenidən qurulmasını nəzərdə tutan layihənin 2021-ci ilin iyul ayında başa çatdırılması planlaşdırılır. Layihənin  207 milyon avroya başa gələcəyi ehtimal olunur və maliyyə vəsaitinin 85%-i Çinin Exim Bank, 15%-i isə Serbiyanın dövlət büdcəsi tərəfindən təmin ediləcəkdir.

7 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası zamanı müvafiq protokol imzalanmışdır.

2018-ci ilin 7 dekabr tarixində Belqradda keçirilmiş Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası zamanı AR iqtisadiyyat naziri Şahin Mustafayevin, Komissiyanın Serbiya tərəfindən həmsədri, Serbiya Respublikası Baş Nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçlə baş tutmuş görüşündə əldə edilmiş razılıq əsasında iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanlarının araşdırılması məqsədi ilə R.Lyayiçin rəhbərlik etdiyi və  aralarında xüsusi reabilitasiya mərkəzlərinin rəhbərlərinin  olduğu  nümayəndə heyəti 23-25 dekabr 2018-ci il tarixində ölkəmizə səfər etmişdir.

20 fevral 2019-cu il tarixində Bakı şəhərində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 5-ci iclasında Serbiya həm Serbiya Mədənçıxarma və Energetika nazirliyi, həm də  Serbiyaqaz Dövlət Şirkətinin yüksək rütbəli məmurları vasitəsi ilə təmsil olunmuşdur. Belə ki, Serbiya mədənçıxarma və energetika nazirliyinin dövlət katibi Miryana Filippoviç və Serbiyaqaz Dövlət Şirkətinin icraçı direktoru Milan Zdravkoviçin tədbirdə iştirak etmişdir.

17 May 2019-cu il tarixində II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib. Konfrans Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində təşkil edilib. Tədbirdə Serbiya Respublikasının Kənd Təsərrüfatı, Meşə və Su Resurslarının İdarə edilməsi Nazirliyinin dövlət katibi Senad Mahmudoviç iştirak etmişdir.

 

Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsi (son 5 il üzrə, min ABŞ dolları ilə)

 İdxal

İxrac

Ticarət   dövriyyəsi

Saldo

2014

 3831.4

 5.1

 3836.5

-3826.3

2015

3954.5

41

3995.5

-3913.5

2016

 4035.6

 4.3

4039.9

-4031.3

2017

5477.5

18

5495.5

-5459.5

 2018

5510.57

31.39

5541.96

-5479.18

Azərbaycana Serbiyadan idxal: dərman preparatları, təsnif edilməyən mallar, sərnişin avtomobilləri üçün şinlər və s.

Azərbaycandan Serbiyaya ixrac: qurğuşun ərintiləri, təsnif edilməyən mallar.

 

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər

“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması haqqında Konvensiya”

“Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Saziş

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında hava əlaqələri haqqında” Saziş

 

Hökumətlərarası Birgə Komissiya

Adı: “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”

Yaranma tarixi: 2011-ci ilin iyun ayı

Sonuncu iclasın tarixi: Beşinci iclas 2018-ci ilin 7-8 dekabr tarixlərində Belqradda keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service