Myanma

Waving Flag of Myanmar (Animated Gif)

Myanma İttifaqı Respublikası

 

Dövlət Başçısı (Prezident): Zati-aliləri cənab Vin Myin

Dövlət müşaviri, Xarici İşlər naziri: xanım Aun San Su Çji

Azərbaycan Respublikasının  Myanma İttifaqı Respublikasında səfiri: cənab Qaley Allahverdiyev (iqamətgahı Kuala-Lumpur şəhəri olmaqla)

Myanma İttifaqı Respublikasının  Azərbaycan Respublikasında səfiri: cənab Ko Ko Şeyn 

 

Ikitərəfli münasibətlər

Myanma  və Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 3 avqust 1999-cu ildə qurulmuşdur. 

2015-ci ilin 23 fevral tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1064 saylı imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının Malayziyada fövqəladə səfiri Q. Allahverdiyev iqamətgahı Kuala Lumpur şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Myanma İttifaqı Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

2015-ci ilin 8 noyabr tarixində Myanma İttifaqı Respublikasında keçirilmiş Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün 2015-ci ilin 6-12 noyabr tarixlərində səfir Q. Allahverdiyev Myanmaya səfər etmişdir.

2018-ci ilin 5-6 aprel tarixlərində Myanmanın Beynəlxalq Əməkdaşlıq naziri Kyo Tin Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci Aralıq Nazirlər Konfransında iştirak etmişdir.

2019-cu ilin 23 avqust tarixində Azərbaycan Respublikasının Malayziyadakı fövqəladə səfiri Q. Allahverdiyev Myanmaya səfəri çərçivəsində Myanmanın Dövlət Müşaviri və Xarici İşlər naziri xanım Aun San Su Çji ilə görüşmüşdür.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası və Myanma arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İllər

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

15.5

0

15.5

2015

23.4

0

23.4

2016

208.1

0

208.1

2017

659.6

1.0

658.6

2018

1195.8

167.0

1028.8

 

Arxiv üzrə axtarış

xin diplomatic service