Malayziya

Waving Flag of Malaysia (Animated Gif)

Malayziya

 

Kral: Əlahəzrət Al-Sultan Abdullah Riayatuddin Al-Mustafa Billah Şah

Baş Nazir: cənab Mahathir Mohamad

Parlamentin Senatının Sədri: cənab Viqnesvaran Sanasi

Nümayəndələr Palatasının Sədri: cənab Mohamad Ariff Md Yusof

Xarici İşlər naziri: cənab Sayfuddin Abdulla

Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri: cənab Qaley Allahverdiyev

Malayziyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri: сənab Yubazlan bin Yusof

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi:  kualalumpur.mfa.gov.az

 

İkitərəfli münasibətlər

31 dekabr 1991-ci il tarixində Malayziya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.

5 aprel 1993-cü il tarixində Azərbaycan Respublikası ilə Malayziya arasında diplomatik münasibətlər qurulmuşdur.

2007-ci ilin iyul ayında Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi fəaliyyətə başlamışdır.

2014-cü ilin aprel ayında Malayziyanın Azərbaycan Respublikasındakı Səfirliyi fəaliyyətə başlamışdır.

2015-ci ilin 2-4 sentyabr tarixlərində Malayziyanın Milli Neft-Qaz şirkəti olan "Petronas"ın prezidenti Van Zulkifli Van Ariffinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Petronas arasında “Qarşılıqlı Anlaşma haqqında Memoranduma əlavə” imzalanmışdır.

2015-ci ilin 16-19 sentyabr tarixlərində Malayziyada yerləşən Ümumdünya İslam İqtisadi Forumu (WIEF) Fondunun sədri Musa Hitam Malayziya Baş Nazirinin xüsusi nümayəndəsi qismində Azərbaycana səfər etmişdir.

2015-ci ilin 3-5 noyabr tarixlərində Kuala-Lumpur şəhərində keçirilən 11-ci Ümumdünya İslam İqtisadi Forumunda (WIEF) iştirak etmək üçün Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti Malayziyaya səfər etmişdir. 

2016-cı ilin 8-11 mart tarixlərində Bakı şəhərində keçirilən IV Qlobal Bakı Forumu və Qarşılıqlı Fəaliyyət Şurasının 33-cü illik plenar iclasında iştirak etmək üçün Malayziyanın keçmiş baş naziri Abdullah Ahmad Bədəvinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

2016-cı ilin 11-14 aprel tarixlərində Malayziya Parlamentinin Nümayəndələr Palatasının Sədr müavini, Azərbaycan-Malayziya parlamentlərarası dostluq qrupunun rəhbəri Ronald Kiandinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

2016-cı ilin 10-16 noyabr tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Aslanovun başçılıq etdiyi nümayəndə heyəti Malayziyaya səfər etmişdir.

2018-ci ilin 5-6 aprel tarixlərində Malayziya Xarici İşlər Nazirliyinin baş katibinin çoxtərəfli məsələlər üzrə müavini Kennedi Cavanın başçılıq etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatının Bakıda keçirilmiş 18-ci Aralıq Nazirlər Konfransında iştirak etmişdir.

 

Yüksək səviyyəli qarşılıqlı səfərlər

Hökumət başçıları

2014-cü ilin 11-12 sentyabr tarixlərində Malayziyanın Baş Naziri Mohammad Najib Tun Abdul Razak Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

Xarici İşlər nazirləri

2006-cı ilin 16-18 mart tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Malayziyaya rəsmi səfər etmişdir.

2014-cü ilin 5-6 iyun tarixlərində Malayziyanın Xarici İşlər naziri Anifah Aman Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

2016-cı ilin 25-27 aprel tarixlərində Bakı şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Malayziyanın Xarici İşlər naziri Anifah Amanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

2017-ci ilin 19 yanvar tarixində Kuala-Lumpur şəhərində keçirilən lƏT Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasinda iştirak etmək üçün Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Malayziyaya səfər etmişdir.

Parlament Sədrləri

2012-ci ilin 6-8 noyabr tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Malayziyaya rəsmi səfər etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

2015-ci ilin 18-20 sentyabr tarixlərində Bakı şəhərində Malayziya Mədəniyyət Günləri keçirilmişdir.

2015-ci ilin 23-27 noyabr tarixlərində Bakı şəhərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclasında iştirak etmək üçün Malayziya Təhsil Nazirliyinin təhsil üzrə baş direktoru Xair Mohamad Yusofun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

2016-cı ilin 1-14 sentyabr tarixlərində Bakı şəhərində keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 87-ci Konqresində iştirak etmək üçün Malayziya Şahmat Federasiyasının prezidenti Ramli Nqah Talibin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

2016-cı ilin 29-30 sentyabr tarixlərində keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Malayziya Parlamentinin Azərbaycan-Malayziya parlamentlərarası dostluq qrupunun üzvləri Aaron Aqo Anak Daqanq və Lianq Tek Menq Azərbaycana səfər etmişlər.

2017-ci ilin 28-30 sentyabr tarixlərində keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası və “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” mövzusunda Beynəlxalq Elmi Konfransda iştirak etmək üçün Malayziya Milli Kitabxanasının baş direktoru Nafisah Ahmad Azərbaycana səfər etmişdir.

2017-ci ilin 21-26 noyabr tarixlərində Malayziyanın Perlis ştatının vəliəhdi, Malayziya Perlis Universitetinin (UniMAP) rektoru Tuanku Syed Faizuddin Putranın başçılıq etdiyi UniMAP nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

2018-ci ilin 11-14 iyul tarixlərində Kuala-Lumpur şəhərində keçirilən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin (WACS) növbəti Ümumdünya Konqresi və Ümumdünya Qida Sərgisində iştirak etmək üçün Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov Malayziyaya səfər etmişdir.   

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 8 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Ticarət dövriyyəsi (mln. ABŞ dolları)

İllər

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

33.16

11.29

21.87

2015

84.33

11.15

73.18

2016

117.71

81.32

36.39

2017

35.21

4.46

30.75

2018

59.35

0.76

58.59

Arxiv üzrə axtarış

xin diplomatic service