Kamboca

Waving Flag of Cambodia (Animated Gif)

Kamboca Krallığı

 

Kral: Əla-həzrət Norodom Siamoni

Baş Nazir: cənab Hun Sen

Parlamentin (Milli Assambleya) Sədri: cənab Henq Samrin

Senatın Prezidenti: cənab Say Çxum

Baş Nazirin müavini, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri: cənab Prak Sokhon

Azərbaycan Respublikasının Kamboca Krallığındakı səfiri: cənab Anar İmanov (iqamətgahı Hanoy şəhəri olmaqla)

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: http://hanoi.mfa.gov.az

 

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında diplomatik münasibətlər 28 dekabr 1994-cü ildə qurulmuşdur.

23 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri Anar Laçın oğlu İmanov iqamətgahı Hanoy şəhərində olmaqla Kamboca Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunmuşdur.

12 aprel 2014-cü ildə səfir cənab A.İmanov etimadnaməsini Kambocanın Kralı Əlahəzrət Norodom Siamoniyə təqdim etmişdir.

4-5 fevral 2015-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini cənab Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı və YUNESKO-nun birgə təşkilatçılığı ilə keçirilən "Turizm və Mədəniyyət üzrə Dünya Konfransı: Yeni Əməkdaşlığın Qurulması" adlı tədbirdə iştirak etmək məqsədilə Kamboca Krallığının Siem Reap şəhərində səfərdə olmuşdur.

1-3 mart 2018-ci il tarixlərində Azərbaycan Respublikası Birinci Vitse-Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Kamboca Krallığında səfərdə olmuşdur.

5-6 aprel 2018-ci ildə Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatı Aralıq Nazirlər Konfransında iştirak etmək məqsədilə Kamboca Krallığının Xarici İşlər Nazirliyinin Dövlət katibi (nazir müavini) cənab Uç Boritin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı cənab Uç Borit Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini cənab X. Xələfov ilə görüş keçirmişdir.

27-30 iyul 2018-ci ildə Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı xanım Sevinc Fətəliyeva Kambocada keçirilən parlament seçkilərini müşahidə etmək üçün bu ölkədə səfərdə olmuşdur. Səfər çərçivəsində xanım S. Fətəliyeva “Kambocada siyasi vəziyyət və milli seçki prosesi” mövzusunda keçirilən brifinqdə iştirak etmiş, ölkənin Baş naziri, Senatın prezidenti, daxili işlər naziri və siyasi partiyaların nümayəndələri ilə görüşərək fikir mübadiləsi aparmışdır.

13-15 mart 2019-cu ildə Azərbaycan və Kamboca Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məqsədilə Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini R. Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Kamboca Krallığına rəsmi səfər etmişdir.

 

Yüksək səviyyəli səfərlər

21-23 aprel 2014-cü ildə Kamboca Krallığının Baş Naziri Hun Senin Azərbaycan Respublikasına rəsmi səfəri həyata keçirilmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında bir sənəd imzalanmışdır.

 

 

Humanitar sahədə əməkdaşlıq

25-26 oktyabr 2018-ci ildə Bakı şəhərində keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Kamboca Xalq Partiyasının Avropa və Amerika ölkələri üzrə departamentinin direktorunun müavini cənab Sokti Çhair və Kamboca Xalq Partiyasının Avropa üzrə ofisinin rəhbəri cənab Ratanak Çet Azərbaycanda səfərdə olmuşlar.

Sovet dövründə çoxlu sayda kambocalı tələbə Azərbaycanda təhsil almış və onların əksəriyyəti bugün Kambocanın müxtəlif dövlət və özəl qurumlarında çalışır.

Azərbaycan tərəfindən Kambocaya həm ikitərəfli əsasda, həm də Qoşulmama Hərəkatı xətti ilə təhsil təqaüdləri ayrılmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası və Kamboca Krallığı arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

106.0

3.8

102.2

2015

167.1

0

167.1

2016

2331.77

0

2331.77

2017

3020.8

402.5

2618.3

2018

3384.2

0

3384.2

Arxiv üzrə axtarış

xin diplomatic service