San Marino

Waving Flag of San Marino (Animated Gif)

San Marino Respublikası 

Dövlət başçıları: iki nəfər kapitan-regentlər

Xarici İşlər naziri: cənab Nikola Renzi

Azərbaycan Respublikasının San Marino Respublikasındakı səfiri (iqamətgahı Romada olmaqla): cənab Məmməd Əhmədzadə

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: http://rome.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

19 aprel 2002-ci il tarixində Azərbaycan ilə San Marino arasında diplomatik əlaqələr qurulmuşdur.

9 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının San Marinodakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini San Marino Respublikasının Kapitan Reqentləri Can Nikola Berti və Massimo Andrea Uqoliniyə təqdim etmişdir.

6 avqust 2018-ci il tarixində Con Mazza San Marino Respublikasının Azərbaycan Respblikasındakı qeyri-rezident səfiri təyin olunmuşdur.

14 dekabr 2018-ci il tarixində Rasim Qasımov San Marino Respublikasının Azərbaycan  Respublikasındakı fəxri konsulu   təyin olunmuşdur.

 

Səfərlər

Ali səfərlər

10-13 iyun 2015-ci il tarixlərində San Marino Respublikasının kapitan regentləri    Andrea Belluzi və Roberto Venturini Birinci Avropa Oyunlarının açılış       mərasimində iştirak etmək məqsədilə Azərbaycana səfər etmişlər.

Xarici işlər nazirləri

7-9 sentyabr 2015-ci ildə xarici işlər üzrə dövlət katibi (xarici işlər naziri” Paskuale Valentini Azərbaycana rəsmi səfərə gəlmişdir.

2-3 may 2018-ci ildə San Marino Respublikasının xarici işlər üzrə dövlət katibi       (xarici işlər naziri) Nikola Renzi Azərbaycana səfər etmişdir. 

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və San Marino Respublikası arasında 5 sənəd imzalanmışdır

 

Azərbaycan ilə San Marino arasında ticarət dövriyyəsi son 5 il üzrə (milyon ABŞ dolları)

İllər

İdxal

İxrac

Dövriyyə

Saldo

2014

137,2

0.00

137,2

 

2015

190,7

0,00

190,7

 

2016

172.0

0,00

172.00

 

2017

450.1

0,00

450.1

 

2018

539.73

0,00

539.73

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service