Lixtenşteyn

Waving Flag of Liechtenstein (Animated Gif)

Lixtenşteyn Knyazlığı

Knyaz: II Hans-Adam

Baş Nazir: cənab Adrian Hasler

Parlamentin Sədri: cənab Albert Frik

Xarici İşlər naziri: cənab Mauro Pedrazzini

 

İkitərəfli münasibətlər

Lixtenşteyn Knyazlığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 21 yanvar 1992-ci ildə qurulmuşdur.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova eyni zamanda Lixtenşteyndə akkreditə olunmuşdur. Etimadnaməsini 21 fevral 2018-ci ildə Lixtenşteyn vəliəhd şahzadəsi Aloisə təqdim etmişdir.

Azərbaycanla Lixtenşteynin əməkdaşlığı əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir.

 

Yüksək səviyyəli səfərlər

26-30 iyun 2015-ci il tarixlərində Lixtenşteyn Parlamentinin Sədri Albert Frik Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədovun dəvəti ilə Azərbaycana rəsmi səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Lixtenşteyn Knyazlığı arasında 1 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (mln. ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

1

-

1

2015

15

-

15

2016

34

-

34

2017

30

-

30

2018

40

-

40

İdxalda əsas məhsullar: qara metallardan mismar, düyməcik, pərçim və digər məmulatlar.

Arxiv üzrə axtarış

xin diplomatic service