İndoneziya

Waving Flag of Indonesia (Animated Gif) 

İndoneziya Respublikası

Prezident: Zati-aliləri cənab Coko Vidodo

Vitse-Prezident: cənab Maruf Amin

Xalq Nümayəndələr Palatasının Sədri: xanım Puan Maharani

Regional Nümayəndələr Palatasının Sədri:  cənab La Nyalla Mattalitti

Xalq Məşvərət Məclisinin Sədri: cənab Bambanq Sosatyo

Xarici İşlər naziri: xanım Retno Lestari Marsudi

İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı səfiri: 

cənab Hüsnan Bey Fananie

Azərbaycan Respublikasının İndoneziya  Respublikasındakı səfiri: cənab Cəlal Mirzəyev

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: http://jakarta.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

28 sentyabr 1991-ci il tarixində İndoneziya Respublikası Azərbaycan Respublikasının suverenliyini tanımışdır.  

24 sentyabr 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur.

1fevral 2006-ci il tarixində Azərbaycan Respublikasının Səfirliyi Cakartada təsis edilmişdir.

2 dekabr 2010-cu il tarixində İndoneziya Respublikasının Səfirliyi Bakıda açılmışdır.

2015-ci ilin 5-6 iyun tarixlərində İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar naziri Sudirman Saidin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev S.Saidi qəbul etmişdir. Həmçinin, S.Saidin səfəri çərçivəsində Azərbaycan və İndoneziyanın Energetika Nazirlikləri arasında Birgə Bəyannamə imzalanmışdır.

2015-ci ilin 22-26 sentyabr tarixlərində Varşavada təşkil olunmuş Diplomatik Akademiyaların Beynəlxalq Forumunun illik konfransı əsnasında ADA Universiteti ilə İndoneziya XİN-nin Təhsil və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır.

2016-cı ilin 8-12 avqust tarixlərində İndoneziyanın Bali adasında “Vətəndaşların konstitusiya hüquqlarının müdafiəsi və təmin edilməsi” başlığı altında keçirilmiş Asiya Konstitusiya Məhkəmələri Assosiasiyasının 3-cü Konqresində iştirak etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti İndoneziyada səfərdə olmuşdur.

2017-ci ilin 18-24 fevral tarixlərində İndoneziya Respublikasının Parlamentində fəaliyyət göstərən İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyətə Azərbaycanda səfərdə olmuşdur.

2017-ci ilin 8-12 may tarixlərində Beynəlxalq Liman Assosiasiyasının Balidə keçirilmiş 30-cu Ümumdünya Konfransında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Konfrans çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC ilə İndoneziya Liman Korporasiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

2017-ci ilin 24-26 iyul tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziyada səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

2017-ci ilin 9-12 sentyabr tarixlərində İndoneziya Respublikası Nümayəndələr Palatasının İkinci Komissiyasının sədri Zainudin Amalinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

2017-ci ilin 26-28 sentyabr tarixlərində İndoneziya Respublikası Prezidentinin Yaxın Şərq və İslam Əməkdaşlıq Təşkilatı ölkələri üzrə xüsusi elçisi Alvi Şihabın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

2018-ci ilin 5-6 aprel tarixlərində İndoneziya Xarici İşlər nazirinin müavini cənab Abdurrahman Mohammad Faxirin başçılıq etdiyi nümayəndə heyəti, Bakıda Qoşulmama Hərəkatının Nazirlər Konfransında iştirak etmək üçün Azərbaycana səfər etmişdir.

2018-ci ilin 19 aprel tarixində iki ölkə arasında 24 sentyabr 1992-ci ildə diplomatik əlaqələrin qurulması münasibətilə İndoneziya Respublikasının Prezidenti Coko Vidodo tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanmışdır.

2018-ci ilin 11-16 sentyabr tarixlərində İndoneziya Respublikasının Mədəniyyət və Təhsil naziri Muhacir Effendi Bakıda keçirilmiş üçüncü İndoneziya Festivalında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı M.Effendi Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəz Qarayev, Təhsil naziri Ceyhun Bayramov və Azərbaycan Dillər Universitetin rektoru Kamal Abdulla ilə görüşmüşdür.

2019-cu ilin 17 yanvar tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində 2-ci İndoneziya-Azərbaycan Siyasi Planlaşdırma Dialoqu keçirilmişdir. Tədbirdə iştirak etmiş İndoneziya nümayəndə heyətinə İndoneziya XİN-in Siyasi Təhlil və İnkişaf Agentliyinin Baş direktoru Sisvo Pramononun başçılıq etmişdir. Görüş əsnasında siyasi-iqtisadi və humanitar sahələrdə əməkdaşlıq münasibətlərinin gücləndirilməsi və bu istiqamətdə atıla biləcək qarşılıqlı səylərə dair fikir mübadiləsi aparılmışdır.

 

Yüksək səviyyəli səfərlər

Parlament Sədrləri

2012-ci ilin 8-10 noyabr tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov İndoneziyada rəsmi səfərdə olmuşdur.

2013-cü ilin 15-18 aprel tarixlərində İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Marzuki Ali Azərbaycanda səfərdə olmuşdur.

2018-ci ilin 19-22 sentyabr tarixlərində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə İndoneziya Regional Nümayəndələr Şurasının Sədri Oesman Sapta iştirak  etmişdir.

Xarici İşlər nazirləri

2008-ci ilin 11-12 may tarixlərində İndoneziya Respublikasının Xarici İşlər naziri Həsən Virayuda Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.

2011-ci ilin 25-27 may tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Balidə keçirilmiş Qoşulmama Hərəkatının 16-cı Nazirlər Konfransında iştirak etmək üçün İndoneziyada səfərdə olmuşdur. 

 

 

Humanitar sahədə əməkdaşlıq

Mədəniyyət

2016-cı ilin 19-20 noyabr tarixlərində Bakıda 1-ci İndoneziya Mədəniyyət Festivalı keçirilmişdir.

2017-ci ilin 9-10 sentyabr tarixlərində Bakıda 2-ci İndoneziya Mədəniyyət Festivalı keçirilmişdir.

2018-ci ilin 11-16 sentyabr tarixlərində Bakıda 3-cü İndoneziya Mədəniyyət Festivalı keçirilmişdir. 

Təhsil

2010-cü ildə Azərbaycan Dillər Universitetində İndoneziya Araşdırmalar Mərkəzi təsis edilmişdir.

2013-cü ilin 14 mart tarixində Bakı Dövlət Universiteti ilə Sumatra Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır.

2015-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti və İndoneziya Respublikası Xarici İşlər Nazirliyinin Təhsil və Təlim Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır.

2018-ci ilin 17 dekabr tarixində İndoneziya Universitetinin Tədris İşləri üzrə prorektoru Bambanq Vibavortanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Dillər Universiteti və İndoneziya Universiteti  arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

Humanitar yardım

2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə 26 dekabr 2004-cü ildə baş vermiş zəlzələ və sunami ilə bağlı İndoneziya Respublikasına 1 milyon ABŞ dolları həcmində humanitar yardım göstərilmişdir.

2006-cı ildə baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə İndoneziya Respublikasına 100 min ABŞ dolları həcmində humanitar yardım göstərilmişdir.

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Qərbi Sumatra adasında baş vermiş zəlzələ ilə bağlı İndoneziya Respublikasına 30 min ABŞ dolları həcmində humanitar yardım göstərilmişdir.

2018-ci ilin 3 oktyabr tarixində İndoneziyanın şərqində Lombok adasında cari ilin 5 avqust tarixində  baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə İndoneziya Respublikasına 50 min ABŞ dolları həcmində humanitar yardım göstərilmişdir.

2018-ci ilin 8 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə İndoneziyanın Sulavesi adasında cari ilin 28 sentyabr tarixində baş vermiş zəlzələ ilə bağlı İndoneziya Respublikasına 50 min ABŞ dolları həcmində humanitar yardım göstərilmişdir.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 12 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

2016-cı ilin 1-2 fevral tarixlərində Bakıda Azərbaycan-İndoneziya Energetika Forumu keçirilmişdir.

 

Ticarət dövriyyəsi (mln. ABŞ dolları)

İllər

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

2045.07

2012.32

32.75

2015

497.73

477.82

19.91

2016

123.56

77.46

46.10

2017

514.42

465.12

49.3

2018

653.310

597.517

55.80

Azərbaycana İndoneziyadan idxal: xam palma yağı və onun fraksiyaları, kokos yağı və onun fraksiyaları, taxta-şalban, çoxqatlı panellər, toxuculuq materialları

Azərbaycandan İndoneziyaya ixrac: xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları

 

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər

  • Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında İqtisadi və Texniki Əməkdaşlıq haqqında Saziş.
  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu.

Arxiv üzrə axtarış

xin diplomatic service