İnsan hüquqları

İnsan Hüquqları ilə bağlı ümumi məlumat

İnsan hüquqları və əsas azadlıqların qorunması və təşviq edilməsi Azərbaycan Respublikası Hökumətinin əsas istiqamətlərindən biridir.

Qeyd olunmalıdır ki, qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədini daşıyan və 2011-ci il dekabrın 27-də qəbul olunan “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” bu sahədə vacib sənəd qalmaqda  davam edir. İnsan hüquqları və əsas azadlıqların qorunması və təşviq edilməsi sahəsində ölkəmiz BMT-nin İnsan Hüquqları Şurası və İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi, Avropa Şurası (beynəlxalq təşkilatlarla əməkdaşlıq bölməsində bax), ATƏT, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir.

Azərbaycan bütün insan hüquqları və əsas azadlıqların universallıq, qarşılıqlı bağlılıq və bölünməzlik prinsiplərinə sadiqdir. Ölkənin beynəlxalq öhdəlikləri nəzərə alınaraq, milli qanunvericilik, insan hüquqları və əsas azadlıqlarının qorunması da daxil olmaqla, inkişaf etdirilmiş və beynəlxalq standartlara çatdırılmışdır.  Beynəlxalq təşkilat və mexanizmlərin verdiyi tövsiyələr də qanunvericiliyin təkmilləşdirilməsində nəzərə alınmışdır.

Arxiv üzrə axtarış

xin diplomatic service