Ramiz Ayvaz oğlu HƏSƏNOV

1961 - avqustun 20-də Gürcüstanın Marneuli şəhərində anadan olmuşdur

1983 - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir

1984-1990 - SSRİ Xarici Ticarət Nazirliyində çalışmışdır

1990-1992 - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında işləmişdir

1993-1997 - Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifələrdə çalışmışdır

1997-2004 - Azərbaycan Respublikası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olmuşdur

2004-2005 - Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur

2005-2008 - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru

2008-2018 -  Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır

2018- may ayından xarici işlər nazirinin müavinidir

Xarici dillər - ingilis və rus

Ailə vəziyyəti - Evlidir, iki övlad atasıdır

Arxiv üzrə axtarış

xin diplomatic service