Nadir Sabir oğlu HÜSEYNOV

1960 - sentyabrın 11-də Gəncə şəhərində anadan  olmuşdur

1983 - Kiyev Dövlət Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq fakultəsini bitirmişdir

1988-1991 - Kiyev Dövlət Universitetinin aspirantı

1991 - noyabrın 06-da Kiyev Dövlət Universiteti Tarix Elmləri Namizədi elmi dərəcəsinə layiq görülmüşdür

1983-1992 - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm Şurasında müfəttiş, baş müfəttiş,  şöbə müdiri

1992-1998 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə  müdiri, idarə rəisinin müavini

1998-2010 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi

2002 - yanvarın 12-də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi verilmişdir

2010 - noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsinə təyin edilmişdir.

Xarici dillər – İngilis, rus

Ailə vəziyyəti - Evlidir, üç övlad atasıdı

Arxiv üzrə axtarış

xin diplomatic service