Xələf Alı оğlu XƏLƏFOV

21 sentyabr 1959-cu ildə Ermənistan SSR-də anadan olmuşdur

1977-1982 - Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə təhsil almışdır

1983-1990 - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müfəttiş, bölmə rəisi

1990-1991 - SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası, aspirantura

1991-1992 - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin ikinci katibi

1992-1997-  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Müqavilə-hüquq Şöbəsinin müdiri, Müqavilə-hüquq İdarəsinin rəisi

1997-2018 - Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini

2018-2019 - Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri

2019 - Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini

Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir

12.01.2002-ci ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinə

17.09.2009-cu ildə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adına

27.12.2018-ci ildə Birinci dərəcə Dövlət müşaviri dərəcəsinə

09.07.2019-cu ildə İkinci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülmüşdür

Alman və rus dillərini bilir

Evlidir, iki övladı var

Arxiv üzrə axtarış

xin diplomatic service