Qeyri-qanuni fəaliyyət

Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət

Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırma aparması, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini məhv etməsi və onların təhrif edilməsi, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsi və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına imkan verməməsi bir daha ona dəlalət edir ki, Ermənistanın məqsədi işğal olunmuş torpaqların ilhaq edilməsidir.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və digər işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət ilə əlaqədar Ermənistan, onun orqanları, hüquqi və fiziki şəxsləri və ya qondarma separatçı rejimlə hər hansı təmasa girən və kommersiya əlaqələri quran şəxslər və ya şirkətlər ölkəmizin ərazi bütövlüyü və suverenliyini, müvafiq qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, inzibati və hüquqi məsuliyyət daşıyırlar. Beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə bu cür fəaliyyətin həyata keçirilməsi cinayət məsuliyyətini ehtiva edən hərbi cinayət kimi təfsir oluna bilər.

İşğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən əcnəbi hüquqi və fiziki şəxslər Ermənistanın Azərbaycan ərazilərinin işğalı, etnik təmizləmənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlının öz torpaqlarına geri qayıda bilməməsi və onların mülkiyyət hüququ da daxil olmaqla, bütün digər fundamental hüquqlarının pozulmasının davam etməsinə xidmət edirlər.

Beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərə uyğun olaraq, bütün dövlətlər hüquqi və fiziki şəxslərini Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən, bu ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətdən kənar tutmalı və orada hazırlanmış məhsulların ərazilərinə ixrac olunmasına imkan verməməlidirlər.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində aparılan qanunsuz iqtisadi və digər fəaliyyətlərlə bağlı Baş Prokurorluq tərəfindən bir sıra cinayət işləri açılmışdır. Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət əməlləri hökumətlərarası birgə komissiyaların gündəliyinə salınır və bu məsələ hər zaman müvafiq dövlətlər qarşısında qaldırılır.

Görülmüş tədbirlər və məlumatlandırma işinin artırılması nəticəsində bir çox hüquqi şəxslərin işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətinin qarşısı alınmışdır. Azərbaycan Respublikası tərəfindən işğal olunmuş suveren ərazilərində bu kimi qeyri-qanuni əməllərin qarşısının alınması üçün milli və beynəlxalq səviyyədə bütün hüquqi və siyasi imkanlardan istifadə ediləcəkdir.

 

ILLEGAL ACTIVITIES IN THE TERRITORIES OF
AZERBAIJAN UNDER ARMENIA’S OCCUPATION:
EVIDENCE FROM SATELLITE IMAGERY 2019

 

ILLEGAL ECONOMIC AND OTHER ACTIVITIES IN

THE OCCUPIED TERRITORIES OF AZERBAIJAN

Report by the MFA of Azerbaijan 2016

Arxiv üzrə axtarış

xin diplomatic service