Az | En
Azərbaycan Qəzza bölgəsindəki Fələstin xalqına humanitar yardım göstərmişdir

BMT Təhlükəsizlik Şurasının 21 noyabr 2012-ci il tarixində qəbul etdiyi Bəyanatda Qəzza bölgəsindəki son vəziyyətlə bağlı münaqişə tərəfləri arasında atəşkəsin əldə edilməsi alqışlanmış və Qəzzada humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar, beynəlxalq ictimayyət Fələstin xalqına yardım etməyə çağırılmışdır.

Bununla bağlı olaraq, Azərbaycan Hökuməti Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi vasitəsilə (AİDA) 2012-ci il ərzində Qəzza bölgəsində hərbi toqquşmalar nəticəsində yaranmış humanitar böhranın aradan qaldırılmasına kömək məqsədilə Fələstin xalqına 100 min ABŞ dolları məbləğində maliyyə yardımı göstərmişdir.

Foreign Ministry
AzerbaijanMFA
Join the conversation
Xəbərlər Sənədlər Sayt üzrə